Qıyığvari qərənfil

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qıyığvari qərənfil
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qıyığvari qərənfil (lat. Dianthus subulosus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT.

Təbii yayılması

Böyük Qafqazın Quba, şərq və qərb hissələri, Qobustan, Bozqır yaylası, Kiçik Qafqazın şimal, mərkəzi hissələri və Kür düzündə yayılmışdır.

Botaniki təsviri

Çoxillik ot bitkisidir. Gövdə 11-47 sm hündürlükdədir. Yarpaqlar xətvari, 2-3 mm enində, oturaq, 8-20 mm uzunluğunda olan qına bitişib. Çiçəkqrupu başcıqlı, ağ-dərivari üst yarpaqlarla örtülmüşdür, bu yarpaqlar tərs-yumurtavari, uzunsov və ya ellipsivaridir, birdən-birə bizvari qurtaracağa keçirlər. Kasacıq silindrvari, lansetvari iti dişciklidir. Qutucuq silindrvari, kasacıqdan qısadır. Toxumlar yumurtavari, yastı, nöqtəli-təpəciklidir.[1]

Ekologiyası

Çiçəkləmə-meyvə əmələgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir. Mezokserofit bitkidir. Aşağı və orta dağ qurşaqlarında kolluqlarda, meşə talalarında, otlu yamacalarda rast gəlinir.[2] Antropogen və iqlim amillərinə həssaslıq göstərir. Məhdudlaşdırıcı amillər otarılma, tapdalanma, biçənəklərdir. Yayılma yerlərində antropogen təsirlərin azaldılması təklif olunur.

Azərbaycanda yayılması

Azərbaycanın nadir növüdür.[3] 

İstifadəsi

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan növlər. 2-ci nəşr. Bakı: 2013
  2. Флора Азербайджана, 1953
  3. Qırmızı kitab. Azərbaycan Respublikası[ölü keçid]

Ədəbiyyat