Dianthus

Qərənfil (lat. Dianthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.

Qərənfil
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Avropa, Asiya, Afrikada təxminən 300 növü var. Dünyada ən böyük qərənfil əkən firma Hollandiyadadır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Ot və nadir hallarda yarımkollardır. Lansetşəkilli və ya bizvari yarpağı qarşı qarşıya düzülür. Ətirli çiçəkləri tək-tək və ya çiçək qrupunda yerləşir. Rəngarəngliyi ilə seçilir — sarı, qırmızı, ağ, çəhrayı, çəhrayı kantlı və s. olur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda 26 növü mövcuddur. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Azərbaycanda matəm gülünə çevrilmişdir (xüsusilə, qırmızı qərənfil). Bakının Binə qəsəbəsində böyük qərənfil sahələri var.