Qalib İbrahimoğlu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qalib İbrahimoğlu
Qalib İbrahimoğlu
Doğum tarixi (52 yaş)
Doğum yeri Yevlax, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti jurnalist
Mükafatları Həsən bəy Zərdabi mükafatı

Qalib İbrahimoğlu (9 may 1972, Yevlax) — Həsən bəy Zərdabi mükafatçısı,[1] Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Bakıvaxtı.az saytının baş redaktoru.


Həyatı

Qalib İbrahimoğlu 1972-ci il mayın 9-da Yevlax şəhərində anadan olub. 1979-cu ildə Yevlax şəhər Ş.Qurbanov adına 8 saylı orta məktəbin birinci sinfinə getmiş, 1989-cu ildə həmin məktəbi bitirib. 1990–92-ci illərdə keçmiş Sovet Ordusunda hərbi xidmət keçib.[1]

Təhsili

1992-ci ildə keçmiş Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Prezident yanında İdarəçilik Akademiyası) sosial idarəetmə və sosiologiya fakültəsinə qəbul olmuş, 1998-ci ildə həmin institutu bitirib.[1]

Ailəsi

Ailəlidir, üç övladı var.

Fəaliyyəti

Mətbuat fəaliyyəti

  • 1994-cü ildən mətbuatdadır. Həmin il Yevlaxda çıxan "Nicat" qəzetində müxbir, daha sonra redaktor vəzifəsində işləyib. 1996-cı ildə Bakıda nəşr olunan "Hürriyyət" qəzetində müxbir, şöbə redaktoru, baş redaktorun I müavini vəzifəsində çalışıb.
  • 1997-ci ildə "Bu gün" qəzeti baş redaktorunun I müavini, "Hürriyyət" qəzetinin baş redaktoru vəzifəsində işləyib.
  • 1998-ci ilin sentyabrından 1999-cu ilin fevral ayına qədər "Azadlıq" qəzetində məsul katib olub.
  • 1999-cu ildə "Kaspi" qəzetinin baş redaktoru olub.
  • 1999-cu ilin fevralından 2019-cu ilin fevralınadək "Ekspress" qəzetinin redaktoru, Baş redaktor əvəzi olub.
  • 2019-cu ilin fevralından həmin iln iyul ayınadək "Lent.az" xəbər portalında, iyuldan 2021-ci ilin dekabrınadək Azəri-Press Agentliyində (APA) redaktor olub.
  • 2021-ci il dekabrın 1-dən Bakıvaxtı.az xəbər portalının Baş redaktorudur.

Azərbaycan Mətbuat Şurası "Reket" jurnalistikasına qarşı komissiyanın, Azərbaycan Jurnalistlər Birliyinin, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İdarə Heyətinin üzvüdür.

Mükafat

Azərbaycan Jurnalistlər Birliyinin Həsən Bəy Zərdabi mükafatının laureatıdır.[1]

İstinadlar

  1. 1 2 3 4 "Qalib İbrahimoğlu". 2019-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.