Qalib İbrahimoğlu

Qalib İbrahimoğlu (9 may 1972, Yevlax) — Ekspress qəzetinin redaktoru, Həsən bəy Zərdabi mükafatçısı,[1] Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Qalib İbrahimoğlu
Qalib İbrahimoğlu
Doğum tarixi (51 yaş)
Doğum yeri Yevlax, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti jurnalist
Mükafatları Həsən bəy Zərdabi mükafatı

Həyatı[redaktə | mənbəni redaktə et]

Qalib İbrahimoğlu 1972-ci il mayın 9-da Yevlax şəhərində anadan olub. 1979-cu ildə Yevlax şəhər Ş. Qurbanov adına 8 saylı orta məktəbin birinci sinfinə getmiş, 1989-cu ildə həmin məktəbi bitirib. 1990–92-ci illərdə keçmiş Sovet Ordusunda hərbi xidmət keçib.[1]

Təhsili[redaktə | mənbəni redaktə et]

1992-ci ildə keçmiş Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Prezident yanında İdarəçilik Akademiyası) sosial idarəetmə və sosiologiya fakültəsinə qəbul olmuş, 1998-ci ildə həmin institutu bitirib.[1]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, üç övladı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Mətbuat fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1994-c ildən mətbuatdadır. Həmin il Yevlaxda çıxan "Nicat" qəzetində müxbir vəzifəsində işləyib. 1996-cı ildə Bakıda nəşr olunan "Hürriyyət" qəzetində müxbir, şöbə redaktoru, baş redaktorun I müavini vəzifəsində çalışıb.
  • 1997-ci ildə "Bu gün" qəzeti baş redaktorunun I müavini, "Hürriyyət" qəzetinin baş redaktoru vəzifəsində işləyib.
  • 1998-ci ilin sentyabrından 1999-cu ilin fevral ayına qədər "Azadlıq" qəzetində məsul katib olub. * 1999-cu ildə "Kaspi" qəzetinin baş redaktoru olub.
  • 1999-cu ildən "Ekspress" qəzetində redaktordur.

Azərbaycan Mətbuat Şurası "Reket" jurnalistikasına qarşı komissiyanın, Azərbaycan Jurnalistlər Birliyinin, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İdarə Heyətinin üzvüdür.

Mükafat[redaktə | mənbəni redaktə et]

Azərbaycan Jurnalistlər Birliyinin Həsən Bəy Zərdabi mükafatının laureatıdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Qalib İbrahimoğlu". 2019-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.