Qalxancıqdaşıyanlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qalxancıqdaşıyanlar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qalxancıqdaşıyanlar
Beynəlxalq elmi adı

Qalxancıqdaşıyanlar dəstəsi (lat. Glomerida)-Buğumayaqlılar tipinin İkicütayaqlılar sinfinə aid olan dəstə

Xarici quruluşu

Male Glomeris punica from Tunisia. The enlarged rear legs are the telopods

Bu çoxayaqlıların yalnız 12 görünən qalxancığı, erkəklərdə 17, dişilərdə 19 cüt ayağı var. Özü də erkəklərin son 3 cüt ayağı qonopodilərə çevrilmişdir. Bel qalxancıqları dartılmış və çox enlidir, buna görə də yuxarıdan baxdıqda ayaqları nəzərə çarpmır.[3]

Həyat tərzi

Bu cür çoxayaqlını narahat etdikdə o, kürəcik şəklində yumrulanır, başını altına əyərək, onu etibarlı halda qoruyur. Daha çox yayılmış qlomerislərə (Glomeridae fəsiləsi) Avropa ərazisinin rütubətli yarpaqlı və qarışıq meşələrində, QafqazınOrta Asiyanın meşələrində təsadüf etmək olar. Topa-topa yumurtaqoyan əksər çoxayaqlılardan fərqli olaraq, qlomerislər torpağın çatlarına və ağac qabıqlarına bir-bir, iki-iki dağınıq halda yumurta qoyurlar. 3 ildən artıq davam edən inkişaf zamanı 9 qabıqqoyma baş verir: qabıqqoyma yaşlı vəziyyətdə də davam edə bilər. Qlomerislər döşənəyin fəal parçalayıcılarından biri olmaqla, torpağın humusla zənginləşməsində böyük rol oynayırlar.[3]

Yayılması

Azərbaycanda Glomeridae fəsiləsindən endemik növ olan Hyleoglomeris lencorana Gol. Lənkəran zonasının hirkan enliyarpaqlı meşələrində çürümüş ağac koğuşunda aşkar edilmişdir. Bu cinsin başqa növü Hyleoglomeris sp. Şuşa şəhəri yaxınlığında mağaradan tapılmışdır.[3]

Təsnifatı

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1999.
  2. Shear W. A. Class Diplopoda de Blainville in Gervais, 1844. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 159–164. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. 1 2 3 Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Ədəbiyyat

  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Xarici keçidlər

Həmçinin bax