Qarabağlar qaşı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Qarabağlar qaşı düzənliyiNaxçıvan MR-da şimalda Çalxanqala kəndindən başlayaraq Xok dağına qədər uzanan düzənlik.[1]

Coğrafiyası

  • Şimalda Çalxanqala kəndindən başlayaraq Xok dağına qədər uzanır.
  • Buranın relyefi 900 metrlə 1400 metr yüksəklik arasında tərəddüd edir.
  • Qarabağlar qaşı şimaldan cənuba doğru genişlənir və nəticədə eni 7 kilometrə qədər çatır.
  • Sarmat dövrü gillərindən təşkil olunmuş maili düzənliyin şərq yamacı dik olub, bəzi yerlərdə uçurumlar şəklində Süst düzünə enir.
  • Bu yamacda bedlend relyefi inkişaf etmişdir. Kiçik, dar və dərin dərələr başlıca olaraq cənub-şərq istiqamətində uzanır.
  • Qarabağlar qaşının səthi maili düzənlik təşkil etməklə, qərb və cənub-qərb istiqamətində şiddətli surətdə parçalanaraq alçalır.
  • Buranın səthi cənub-qərb istiqamətində uzanan bir neçə çay dərəsi vasitəsilə təpəliklərə ayrılmışdır.
  • Həmin dərələrdən bəzən sellər keçir. Suayrıcları düzdür, zəif parçalanmışdır və sel çöküntüləri ilə örtülmüşdür.[1]

Florası

  • Burada əsasən gillicəli və çay daşılı boz torpaqlar üzərində yovşan və gəvən bitkiləri yayılmışdır.
  • Naxçıvançayla Cəhriçay arasında, habelə Xalxal meşəsi, Cəhri və Payız kəndləri arasındakı çay terrasları erozion-akkumlyativ mənşəli olub, kiçik yarğanvari dərələr tərəfindən parçalanmışdır. Bu terraslar NaxçıvançayınCəhriçayın səviyyəsindən 27 və 70 metr yüksəkdədir. Terras səthindəki boz torpaqlarda yovşanlar yayılmışdır.[1]

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 Babayev S, Y. Naxçıvan Muxtar Respublikasının Coğrafiyası. "ELM" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzi. Baki, 1999, s.112