Xok dağı

Xok dağıKəngərli rayonu ərazisində dağ (hünd. 1063,2 m). Naxçıvan dağarası çökəkliyinin mərkəzində yerləşən Böyükdüzün şimal hissəsində, eyniadlı kənddən 6 km-dək cənub-şərqdədir. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş, erozion-denidasion mənşəli yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində müşahidə edilən Xok antiklinalının cənub-şərq qanadında yerləşir.[1]

Xok dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1063,2 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.