Qarabağlar qaşı düzənliyi — Naxçıvan MR-da şimalda Çalxanqala kəndindən başlayaraq Xok dağına qədər uzanan düzənlik.[1]
- Şimalda Çalxanqala kəndindən başlayaraq Xok dağına qədər uzanır.
- Buranın relyefi 900 metrlə 1400 metr yüksəklik arasında tərəddüd edir.
- Qarabağlar qaşı şimaldan cənuba doğru genişlənir və nəticədə eni 7 kilometrə qədər çatır.
- Sarmat dövrü gillərindən təşkil olunmuş maili düzənliyin şərq yamacı dik olub, bəzi yerlərdə uçurumlar şəklində Süst düzünə enir.
- Bu yamacda bedlend relyefi inkişaf etmişdir. Kiçik, dar və dərin dərələr başlıca olaraq cənub-şərq istiqamətində uzanır.
- Qarabağlar qaşının səthi maili düzənlik təşkil etməklə, qərb və cənub-qərb istiqamətində şiddətli surətdə parçalanaraq alçalır.
- Buranın səthi cənub-qərb istiqamətində uzanan bir neçə çay dərəsi vasitəsilə təpəliklərə ayrılmışdır.
- Həmin dərələrdən bəzən sellər keçir. Suayrıcları düzdür, zəif parçalanmışdır və sel çöküntüləri ilə örtülmüşdür.[1]
- Burada əsasən gillicəli və çay daşılı boz torpaqlar üzərində yovşan və gəvən bitkiləri yayılmışdır.
- Naxçıvançayla Cəhriçay arasında, habelə Xalxal meşəsi, Cəhri və Payız kəndləri arasındakı çay terrasları erozion-akkumlyativ mənşəli olub, kiçik yarğanvari dərələr tərəfindən parçalanmışdır. Bu terraslar Naxçıvançayın və Cəhriçayın səviyyəsindən 27 və 70 metr yüksəkdədir. Terras səthindəki boz torpaqlarda yovşanlar yayılmışdır.[1]
- ↑ 1 2 3 Babayev S, Y. Naxçıvan Muxtar Respublikasının Coğrafiyası. "ELM" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzi. Baki, 1999, s.112