Qatırquyruğuyabənzər acılıqotu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qatırquyruğuyabənzər acılıqotu
Elmi təsnifat
Aləm:
Dəstə:
Növ:
Qatırquyruğuyabənzər acılıqotu
Beynəlxalq elmi adı

Qatırquyruğuyabənzər acılıqotu (lat. Ephedra equisetina) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü.

Ümumi yayılması

Qafqaz, Orta Asiya (Qazaxıstan), Balkanlar, Monqolustan və Çində (Tibet) təbii halda yayılmışdır.

Azərbaycanda yayılması

Naxçıvan MR-də, Qobustanda, Şamaxıda Sitalçay (Axar-Baxar) boyunca orta dağ qurşağında qayalıq yerlərdə bitir.

Statusu

Azərbaycanın nadir btkilərindəndir. LC.

Bitdiyi yer

Quru daşlı-qayalı yerlərdə rast gəlinir.

Təbii ehtiyatı

Təbii halda Azərbaycanda arealı çox geniş deyildir.

Bioloji xüsusiyyətləri

Hündürlüyü 1,5 m-ə çatan, boz gövdəli, yoğun və sıx budaqlı koldur. Şaxələri düz, sallaq, hamar buğumlu və nazik şırımlı olub, diametri 2 mm-ə qədərdir. Düyün aralarının uzunluğu 2-4 sm-dir. Yarpaqları cüt-cüt düzülmüş, pərdəciklidir, aşağıdan üçdə bir hissəsi bitişmişdir, yuxarıdan qısa üçbucaqlıdır.

Tozluq sünbülcükləri tək-təkdir və ya 2-3-ü bir yerə toplaşmış, kürə şəklindədir, 2-4 çiçəklidir, 4–5 mm uzunluqdadır, xarici çiçəkaltıqları dəyirmi-ovaldır, aşağı¬dan üçdə bir hissəsi bitişmişdir. Meyvəverən sünbülcükləri 1–2 mm uzunluqda olan ayaqcıqlar üzərindədir, birçiçəklidir və 2-3 cüt çiçəkaltlığı vardır. Daxili çiçəkaltlığının üçdə iki hissəsi düz çıxan və ya azca əyilmiş borucuğa bitişmişdir, bütöv və ya dilimlidir. Meyvələri kürə şəkilli, 6–7 mm uzunluqdadır. Yetişmiş meyvələri qırmızı və ya çəhrayı-qırmızı rəngli, lətlidir.

Toxumları dəyirmi və iki cür qabarıqdır, 4–6 mm uzunluqdadır. Aprel-may ayında çiçək açır. Meyvələri avqustda yetişir.

Çoxalması

Generativ və vegetativ yolla çoxalır. Qafqaz, Orta Asiya (Qazaxıstan), Balkanlar, Monqolustan və Çində (Tibet) təbii halda yayılmışdır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

Başlıca olaraq insan fəaliyyətidir. Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

Azərbaycanın "Qırmızı kitabı"na salınması tövsiyə edilir.

Sinonimləri

Homotipik sinonimləri

  • Ephedra nebrodensis subsp. equisetina (Bunge) Breistr. ex Greuter & Burdet

Heterotipik sinonimləri

  • Ephedra equisetina var. monoica Y.Yang
  • Ephedra shennungiana Tang

İstinadlar

Həmçinin bax