Qatranlı likvidambar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qatranlı likvidambar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qatranlı likvidambar (lat. Liquidambar styraciflua) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin altingiyakimilər fəsiləsinin likvidambar cinsinə aid bitki növü.

Təbii yayılması

Nyu-York ştatının cənub hissəsi, cənubda Floridanın mərkəzi hissəsi, Meksika körfəzinin şimal sahilinə və Şərqi Texasa qədər yayılmışdır.

Botaniki təsviri

Qatranlı likvidambar hündürlüyü 20-35 m, gövdəsinin diametri 2 m-dək olan piramidal çətirli ağacdır.Qabığı boz-qonur, yarıqlıdır. Budaqları parlaq yaşıldan sarı-qonuradək müxtəlif çalarlıdır. Uc tumurcuğu iri, yaşıl və ya narıncı qonur pulcuqlarla örtülmüşdür. Yarpaqları əlvari-qanadlı, uzunluğu 7-25 sm, enli, kənarları xırda dişli, uzunluğu 6-10 sm olan saplaqda yerləşir. Yarpaqları 5-7 qanadlı, növbəlidir. Çiçəkləri birevli, xırda, az, qırmızı çalarlıdır. Dişi çiçəkləri saplaqda oturur və şarşəkilli başcıqla örtülmüşdür. Erkək çiçəkləri salxıma yığılmışdır. Bitki yazda çiçəkləyir. Meyvəsi iynəli, diametri 2,5-4 sm, çoxsaylı (20-50) qutucuqlardan ibarətdir. Hər qutucuqda 1-2 xırda toxumu vardır.

Ekologiyası

Cənub bölgəsinin aşağı yaruslarda rast gəlinir.

Azərbaycanda yayılması

Turş, gillicəli və ya gilli torpaqda yaxşı bitir. Qələvili torpağı da sevir.

İstifadəsi

Parlaq yarpaqlarına görə dekorativ bitki kimi becərilir. Balzamlı, sakitləşdirici və möhkəmləndirici vasitə hesab edilir. Vaxtilə Meksika imperatorlarının sarayında siqaret çəkmək üçün tütünlə qarışdırılaraq istifadə edilirdi.

İstinadlar

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 999.

Həmçinin bax