Qorxmaz Hüseynov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qorxmaz Hüseynov
16 fevral 2011 – 4 may 2021
ƏvvəlkiNizaməddin Rzayev
SonrakıKöçərli Həsənov (müvəqqəti sədr)
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1965(1965-01-01) (59 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qorxmaz Cavanşir oğlu Hüseynov"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011–2021).

Həyatı

Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

1983–1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991–1992-ci illərdə şöbə rəisinin müavini, 1992–1995-ci illərdə şöbə rəisi, 1995–1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997–2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003–2006-cı illərdə trestin müdiri, 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb.

27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilmişdir.[1] 16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilərək[2] "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir[3].

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2021-ci il imzaladığı sərəncama əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmişdir.[4]

Ailəlidir, iki övladı var. O, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ilə qudadır.[5]

İstinadlar

  1. "Q.C.Hüseynovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2007-ci il tarixli, 2598 nömrəli Sərəncamı. Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine e-qanun.az  (az.)
  2. "Q.CHüseynovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 1334 nömrəli Sərəncamı. Arxivləşdirilib 2018-05-16 at the Wayback Machine e-qanun.az  (az.)
  3. "Q.C.Hüseynovun "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 1332 nömrəli Sərəncamı. Arxivləşdirilib 2018-05-16 at the Wayback Machine e-qanun.az  (az.)
  4. "Q.C.Hüseynovun "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.
  5. "İcra başçılarının vəzifəli və biznesmen övladları — FOTOLAR". 2023-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-20.