Qrossheym süsəni

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qrossheym süsəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qrossheym süsəni (lat. Iris grossheimii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.

Yayılması

Azərbaycanın Naxçıvan ərazisində, Ordubad rayonunun Şıxyurdu və Soyuqdağ yamaclarında, həmçinin Ermənistanda yayılıb. Dəniz səviyyəsindən 2400-3000 m yüksəklikdə orta və yuxarı dağlıq qurşaqların ortu yamaclarında bitir. Qeyd eilən ərazidə zəif yayıldığından çox az rast gəlinir.

Çoxalması

Toxumla və vegetativ yolla çoxalır. Antropogen amillər üzündən — çiçəklərinin toplanılması və bitkinin kökündən çıxarılması nəticəsində bitkinin azalması baş verib. Həvəskarlar tərəfindən becərilir, Azərbaycan Botanika İnstitutunun Botanika bağında introduksiya olunmuşdur. Mühafizəsi üçün xüsusi tədbirlər işlənib hazırlanmamışdır. Növün tam mühafizə edilməsi lazımdır.

İstinadlar

Həmçinin bax