Quşarmuduyarpaq sorbariya

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Quşarmuduyarpaq sorbariya
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Sorbaria sorbifolia A.Br.

Quşarmuduyarpaq sorbariya (lat. Sorbaria sorbifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin sorbariya cinsinə aid bitki növü.

Təbii yayılması

Asiyanın mülayim zolaqlarını, Koreyanı, Yaponıya adalarını, Xokkaydonu, Xonsyunu, Çin əyalətlərini, Orta Asiyanın şimalını, Cənubi Uralı, Sibiri, Uzaq Şərqi və Saxalini əhatə edir. Avropanın və Şimali Amerikanın bir çox yerlərinə introduksiya olunmuşdur.

Botaniki təsviri

3 metr hündürlüyü olan, budaqları dik duran koldur. Yarpaqları təkləkvari, 25 sm uzunluğunda, 9-13 yarpaqcıqlardan ibarətdir. Yarpaqları erkən yazda açılarkən narıncı, yayda açıq-yaşıl, payızda-oktyabr ayında tökülərkən sarı və yaxud qırmızı rəng alır. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri ağ, ətirili, iri pramidal, 25 sm uzunluğu olan süpürgəvari çiçək qrupunda yerləşir. Çiçək qrupları-uzunluğu 25 sm-dək olan, piramidal süpürgələrdir. 30 günədək çiçəkləyir. Çiçəklərin diametri 10-12 mm, çiçək saplaqları 5-8 mm-dir. Ləçəkləri oval və ya əks yumurtavari, 5-7 mm-dir. 40-50 erkəkciyin qalınlığı 1,5-2 mm, uzunluğu ləçəklərdə olduğu kimidir. Meyvəsi silindrik, hamar yarpaqcıqdır.

Ekologiyası

Şaxtaya davamlı, tez böyüyən koldur. Torpağa az tələbkar, torpaq rütubətinə isə həssasdır. Cavan ikən kölgəyə xeyli davamlı, sonralar işığa və istiliyə tələbkar olur.

Azərbaycanda yayılması

Böyük Qafqazda təbii halda rast gəlinir. Mərkəzi Nəbatət bağında becərilir.

İstifadəsi

Tək və qrup əkinlərdə, yamacların bərkidilməsində istifadə edilir. Uzun müddətli çiçəklənməsi və yarpaqların tez açılmasına görə dekorativ bitki hesab olunur.

İstinadlar

Həmçinin bax