Qulamhüseyn Cahanşahi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qulamhüseyn Cahanşahi
Qulamhüseyn Mirzə Şəfi oğlu Cahanşahi
Doğum tarixi
Doğum yeri Tehran, İran
Vəfat tarixi
Vəfat yeri Tehran, İran
Dəfn yeri
  • Passi qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti iqtisadçı, siyasətçi

Qulamhüseyn Mirzə Şəfi oğlu Cahanşahi (1920–2005)—Hüquqşünas.

Həyatı

Qulamhüseyn Mirzə Şəfi oğlu 1920-ci ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai təhsilini orta məktəbdə almışdı. Sonra Tehran universitetini bitirmişdi. Əvvəlcə hüquq, sonra iqtisad təhsili almışdı. Fransada, Paris universitetində iqtisad doktorluğu elmi dərəcəsinə yiyələnmişdi. İrana dönəndən sonra Ali məhkəmədə vəkil kimi çalışmışdı.

Hüseyn Əlanın baş nazirliyi dönəmində (12 mart 1951–30 aprel 1951) doktor Səccadi maliyə naziri təyin olunmuşdu. O da doktor Qulamhüseyn Cahanşahini ofisinə müdir vəzifəsinə dəvət etdi.

Qulamhüseyn Cahanşahi Tehrandan İran Milli Məclisinə nümayəndə seçilmişdi.

Qulamhüseyn Cahanşahi Əsədulla Aləmin baş nazirliyi dövründə (1962–1964) ticarət naziri olmuşdu.

Qulamhüseyn Cahanşahi 1979-cu ildən sonra Fransaya mühacirət etdi.

Qulamhüseyn Cahanşahi 2005-ci ildə Parisdə vəfat etdi. Passi qəbristanlığında dəfn edildi.

Mənbə

  • Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh. 40–42;

İstinadlar

Həmçinin bax

Xarici keçidlər