Rüştü Paşa

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rüştü Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1872
Doğum yeri
Vəfat tarixi 13 iyul 1926(1926-07-13)
Vəfat yeri
Vəfat səbəbi asılma[d]
Dəfn yeri
  • Kokluca qəbiristanlığı[d]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Xidmət illəri 1893-cü ildən
Rütbəsi Mirliva, general-mayor
Döyüşlər
Təltifləri "Məcidiyyə" ordeni "Ləyaqət" medalı (Osmanlı imperiyası) "Hərb" medalı "Tac" ordeni "İstiqlaliyyət" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rüştü Paşa (türk. Rüştü Paşa; 1872, Ərzurum, Ərzurum vilayəti13 iyul 1926, İzmir) — Türk əsgəri və siyasətçisi.

Hərbi fəaliyyəti

1893-cü ildə hərbi məktəbi artilleriya zabiti kimi bitirdi. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində Artilleriya Korpusu komandirliyində və 9-cu Qafqaz bölmə komandirliyində xidmət etdi. Türkiyə İstiqlaliyyət müharibəsində 3-cü Qafqaz Bölmə komandiri vəzifəsini icra etdi. 1921-ci ildə Sakarya meydan döyüşündən sonra general-mayor rütbəsinə yüksəldi və Paşa oldu.

İlk öncə 9-cu Qafqaz Bölmə Komandirliyinə və daha sonra isə 9-cu Korpusun Komandirliyinə təyin edilmişdir. Bu vəzifəni icra edərkən 1923-cü ilin avqust ayında Ərzurumun millət vəkili seçildi. Xalq Partiyası parlament qrupunda iştirak etdi. İzmir sui-qəsdində iştirak etdiyi üçün 13 iyul 1926-da edam edildi.

Medal və təltifləri

Mənbə

  • T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 29.

İstinadlar