"İstiqlal" medalı — Türkiyə İstiqlaliyyət müharibəsində böyük xidmətləri olmuş hərbçilərə və mülkilərə, o dövrdə deputat olanlara, müharibəyə qatılan alayların bayraqlarına, Ərzurum və Sivas konqreslərinə qatılanlara "İstiqlal" medalı qanunu adlı xüsusi qanuna görə verilən medaldır.[1][2] Bu medal 1 noyabr 2006-cı il tarixinə qədər TBMM tərəfindən verilmiş, bu tarixdən sonra müraciət edənlərə isə Milli Müdafiə Nazirliyi tərəfindən verilir. Ümumilikdə 95261 nəfərə verilmişdir.
"İstiqlal" medalı | |
---|---|
İstiklâl Madalyası | |
|
|
Ölkə | Türkiyə Respublikası |
Tip | Medal |
Kimə verilir | |
Türkiyə İstiqlaliyyət müharibəsinə qatılan hər kəsə qəhrəmanlığına görə verilir. |
|
Status | Təqdim olunur |
Statistika | |
Təsis tarixi | 21 noyabr 1923 |
İlk təltif |
|
Son təltif |
|
Təltif sayı | 95261 nəfər |
Ardıcıllıq | |
Yüksək mükafat | Yoxdur |
Aşağı mükafat | "Ləyaqət" medalı |
Vikianbarda əlaqəli mediafayllar |
Qanuna görə sağ sinənin üzərinə hər gün taxılır. "İstiqlal" medalının yaradılmasından sonra Osmanlı dövrünə aid bütün medal və nişanlar ləğv edilmişdir.[3]
Türkiyə İstiqlaliyyət müharibəsi bitdikdən sonra müharibə zamanı cəbhədə və cəbhə gerisində xüsusi xidmət göstərənlərə medal verilməsi mövzusu TBMM-də müzakirə edildi.[4] 29 noyabr 1920-ci ildə məclisdə qəbul edilən 66 saylı qanun, 4 aprel 1921-ci ildə Rəsmi qəzetdə yayımlanaraq qüvvəyə mindi.[5]
Daha sonrakı illərdə çıxan bəzi qanunlarla əsas qanun olan 66 saylı qanuna əlavələr edilmişdir. Misal üçün, 1924-cü ildə çəxan 525 saylı qanun "İstiqlal" medalının varislərə keçişi ilə bağlı hökmləri, 1926-cı ildə çıxarılan 869 saylı qanun isə ilk dəfə medal alanlarla bağlı hökmləri əhatə edirdi.[6]
"İstiqlal" medalı oval formadadır, Latın hərfləri ilə (yeni Türkcə) nəşri edilən medalların həci 35×40 mm, ağırlığı 15,55 qramdır. Orijinal Osmanlıca olaraq nəşri edilənlərin ölçüləri isə 1mm qədər kiçik olub, ağırlıqları 10,5 qramdır.
"İstiqlal" medalının formasının müəyyən edilməsi ilə bağlı Mustafa Kamal Atatürk tərəfindən "İstiqlal" medalı qanun layihəsinin hazırlanması Mustafa Necati Uğurala tapşırılmışdır.
Zərbxana tərəfindən dizayn yarışması keçirilmiş, yarışmanı 9 yanvar 1923-cü ildə heykəltaraş Məsrur İzzət bəy qazanmışdır.
Medalın ön üzünün üst qismində ilk TBMM binası yer alır. Binanın sağında və solunda məscid və ev görüntüləri o dövrün Ankaranı əks etdirir. Məclis binasının arxasında doğan günəşin uzunlu-qısalı işiq şüaları yayılır. Bu işıq şüaları zəfəri və Türkiyə Respublikasının quruluşunu simvolize edir.
Məclis binasının altıdakı hissədə dünya simvolu, oraq, çəkiç, rəsm fırçası kimi simvollar yeni respublikanın elmə, sənayeyə, sənətə önəm verəcəyini idaə edir, dünya ilə bütünləşmə də qərarlı olduğunu göstərir.
Simvolların sağında və solunda buludlar, onların yanında zəfər simvolu olan meşə yarpaqları, yarpaqların üstündə isə məclisin açılış tarixi olan 23 aprel 1336 (1920) yazısı yer almaqdadır. buludların altında sağa doğri yeriyən və iki öküzün çəkdiyi, İstiqlaliyyət müharibəsini simvolizə edən öküz arabası ilə kəndli qadın vardır.
Öküz arabasının və qadın görüntüsünün altında yuxarıdakı buludların və işıq şüalarının davamı görülür.
"İstiqlal" medalının arxa üzündə yuxarı doğru baxan ay ulduzla əhatə edilmiş Misak-i Milli sərhədlərini göstərən Türkiyə xəritəsi vardır. Xəritə üzərində Ankaranın yeri ulduzla işarələnmişdir. Ulduzdan çıxan 7 işıq xəritənin müxtəlif tərəflərinə doğr uzanır, biri Qarsa, digəri isə Ədirnəyə qədər çatır.
TBMM-də verilən ilk medalın lent rəngi yaşıldır. Ancaq daha sonra deputatlara yaşıl, cəbhədə olanlara qırmızı, cəbhə gerisində çalışanlara ağ rəngdə lenti olan medallar verilmişdir. Cəbhədə işləmiş deputatların medal lentləri yarı qırmızı, yarı yaşıl rənglidir.
15 may 1919-cu ildən 9 sentyabr 1922-ci ilə qədər dava[7] m edən İstiqlaliyyət müharibəsində cəbhədə və ya cəbhə gerisində qəhrəmanlıq və fədəkarlıq göstərənlərə "İstiqlal" medalı verilmişdir.[8]
20 noyabr 1920-ci ildən etibarən 1926-cı ilə qədər deputat, qüvvə-i milliyəçi, PTT məmuru, mülk-i amir və hərbçilərdən ibarət 6920 nəfər TBMM tərəfindən "İstiqlal" medalı ilə mükafatlandırılmışdır. 1968-ci ildə 1005 saylı qanunun (1 mart 1968-ci il tarixindən etibarən) qəbuluna qədər keçən 47 il içində 17, 557-i zabit-gizir və 77,704-ü əsgər olmaqla ümumilikdə 95,261 nəfərə "İstiqlal" medalı verilmişdir.
30 yanvar 1929-cu ildəki 3579 saylı qanunla Türkiyə İstiqlaliyyət müharibəsində milli orduda döyüşən alayların bayraqlarına da "İstiqlal" medalı verilmişdir.
Türkiyədə bundan başqa, bu medala shaib olan 3 şəhər və bir ilçə vardır.[9] Bunlar Qəhrəmanmaraş, Qaziantep, Şanlıurfa və İneboludur. Qaziantep 2008-ci ildə bu medalı alarkən, Şanlıurfa isə 2016-cı ildə almışdır.[2][10]
Qəhrəmanmaraş 21 yanvar 1920 – 11 fevral 1920-ci il arasında İstiqlaliyyət mübarizəsi verərək şəhəri fransız işğalından qurtaran xalqın qəhrəmanlığı səbəbilə 5 aprel 1925-ci ildə qırmızı lentli "İstiqlal" medalı ilə mükafatlandırılmışdır. İstiqlaliyyət müharibəsindən sonra TBMM-dən gələn "şəhərdə İstiqlaliyyət müharibəsinə qatılanların bildirilməsi" şəklindəki yazıdan sonra şəhərin ağsaqqallarının "Maraşda Milli Mübarizəyə qatılmayan tək bir fərd belə yoxdur " cavabından sonra TBMM medalı fərdlərə deyil bütün şəhər xalqına vermə qərarı almışdır. 1925-ci ildən bəri 12 fevralda reallaşan mərasimlərdə şəhərin "İstiqlal" medalı bayrağa xüsusi formada taxılaraq bu hadisə canlandırılır.[8]
İnebolu isə 9 aprel 1924-cü il tarixli TBMM qərarı ilə İnebolulu qayıqçıların əziyyətləri və uğurlarına görə ağ lentli "İstiqlal" medalı ilə mükafatlandırılmışdır. Medal İnebolu bələdiyyəsində mühafizə edilir.
Medal medal sahibinin ölümündən sonra varsa oğullarından ən böyüyünə, oğlu yoxsa qızlarından ən böyüyünə, qızı da yoxdursa atasına, o da yoxdursa anasına, o da yoxsa həyat yoldaşına miras yolu ilə keçir. Miras işləri Milli Müdafiə Nazirliyinin Hərbi Səfərbərlik Dairəsi tərəfindən aparılır.
Son "İstiqlal" medalı İstiqlaliyyət müharibəsində xidməti olduğu halda medal almadan vəfat edən Yusif Yiğitdən dolayı oğlu Mehmed Yiğitin 66 saylı İstiqlaliyyət medalı qanununun 5742 saylı qanunun IV maddəsi gərəyincə "İstiqlal" medalı ilə təltifinə dair 19 may 2016 tarixli və 352 saylı qərar prezident tərəfindən təsdiq edilmişdir. Bu medal 2016-cı ildə Menemen icra nümayəndəsi olan Gülihsan Yiğitə 24 may 2016-cı ildə verilmişdir.
TBMM I çağırış üzvlərindən bəzilərinə medal verilməsi üçün Mustafa Kamal Atatürk tərəfindən yazılan qanun layihəsi TBMM-nin 21 noyabr 1923-cü ildə 65-ci iclasında müzakirə edilmiş və səsvermə nəticəsində Mustafa Kamal Atataürk və 23 nəfər qırmızı-yaşıl lentli İstiqlaliyyət medalı ilə mükafatlandırılmışdır.
Buna görə TBMM I çağırış üzvlərindən olub Qərb cəbhəsinin şimal qrupunda xidmət edən hərbçi-deputatlara, mülki şəxslərə 66 saylı qanunun ikinci və beşinçi maddələrinə əsaslanaraq İstiqlaliyyət medalı verilmişdir.
Ölən son İstiqlaliyyət mübarizəsi qazisi və medal sahibi Qazi Mustafa Şevki Yakutdur. Hatayın Dördyol ilçəsində 1989-cu ildə vəfat etmişdir. Mustafa Şevki I Dünya müharibəsində Yəmən cəbhəsində qəhrəmanca döyüşmüş, lakin ərəblərin ingilislərlə ittifaq qurmasından sonra əsir düşmüşdür. 5 il əsir qalan Mustafa Şevki Mudros barışığından sonra yenidən doğma evinə geri dönmüş və sonradan İstiqlaliyyət mübarizəsində iştirak etmişdir.