Rauf Şahsuvarov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rauf Şahsuvarov
Doğum adı Rauf Arif oğlu Şahsuvarov
Doğum tarixi 16 fevral 1967(1967-02-16) (57 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1991-ci ildən
Təhsili

Rauf Arif oğlu Şahsuvarov (16 fevral 1967, Laçın) — Azərbaycanın kino və teatr aktyoru.

Həyatı

Rauf Arif oğlu Şahsuvarov 16 fevral 1967-ci ildə[1] Laçın şəhərində anadan olub. 1974–1984-cü illərdə Laçın şəhər 2 saylı orta məktəbində təhsil alıb. 1985-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram teatrı və kino aktyorluğu fakültəsinə daxil olub. 1985–1987-ci illərdə hərbi xidmətdə olub və hərbi xidməti bitirdikdən sonra 1987-ci ildən təhsilini davam edərək 1991-ci ildə aktyorluq ixtisasına yiyələnib[2]. İnstitut müəllimi xalq artisti, kinorejissor Eldar Quliyev olmuşdur.

Evldir, 2 övladı var. AXC-nin Xalq maarifi və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarovun nəvəsidir.[3]

Fəaliyyəti

Rauf Şahsuvarov 1991-ci ildə təyinatla yeni açılmlş Şuşa Dövlət musiqili dram teatrına göndərilib və 2011-ci ilədək bir neçə il fasilələrlə həmin teatrda işləmişdir[4].

O, 1991–1992-ci illərdə Arif Paşayevin komandiri olduğu Azərbaycanda olan ilk nizami alayın-Laçın alayının tərkibində Qarabağ müharibəsində iştirak edib.

Rauf Şahsuvarov hal-hazırda Bakı Uşaq teatrında işləyir. İşlədiyi illər ərzində teatrda bir neçə tamaşanın quruluşçu rejissoru olmuş və müxtəlif rollar oynamışdır.

Filmoqrafiya

  1. O dünyadan salam (film, 1991) (tammetrajlı bədii film) (rol: Əli)
  2. Lal (film, 2003) (qısametrajlı bədii televiziya filmi) (rol: ziyalı)
  3. Yol yoldaşları (film, 2003) (tammetrajlı bədii televiziya filmi) (rol: bələdçi)
  4. QAZ (film, 2005) (tammetrajlı bədii film) (rol: ruhi xəstə)
  5. Kəndim+nizə qayıdın!? (film, 2007) (tammetrajlı bədii film) (rol: Ziyadxan)
  6. Pərvanələrin rəqsi (serial, 2012) (bədii serial) (rol: Daşdəmir)
  7. Sübhün səfiri (film, 2012) (tammetrajlı bədii film) (rol: nuxulu)
  8. Sonuncu fəsil (teleserial, 2013) (bədii serial) (rol: Şamo)
  9. Qız atası (teleserial, 2014) (bədii serial) (21-ci, 26-cı bölümlər)
  10. Dmitrov küçəsi 86 (film, 2015) (qısammetrajlı bədii film) (rol: qarovulçu)
  11. Oğlan evi 2 (film, 2016)
  12. Vicdan haqqı (teleserial, 2016) (bədii serial)
  13. Hoqqa (film, 2017) (tammetrajlı bədii film)
  14. Sən demə (film, 2020)
  15. Əqrəb mövsümü (teleserial, 2022)
  16. Həmrəylik günü (film, 2022)

İstinadlar

  1. "Pərvanələrin Rəqsi / Rauf Şahsuvarov - Daşdəmir obrazı" (az.). atv.az. 2012. İstifadə tarixi: 2014-06-15.[ölü keçid]
  2. Arif Məmmədli, "Qarabağ müharibəsinə başlamaq ümidilə sizdən ayrılıram" (müsahibə), "Laçın yurdu" jurnalı № 1(8), Bakı, "Bəxtiyar-4" nəşriyyatı 2013
  3. "Səmra Sədrəddinli. Aktyor: "Elə olur ki, alçipan vururam"". 2014-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-15.
  4. Səmra Sədrəddinli. "Aktyor: "Elə olur ki, alçipan vururam"" (az.). 1937.az. 14 iyun 2014 - 22:29. 2014-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-15.