Arif Məmmədli (tam adı:Arif Kamran oğlu Məmmədov; 1 iyul 1959, İmanlar, Laçın rayonu) — müəllim, şair[1], jurnalist, "Laçın yurdu" jurnalının təsisçisi və baş redaktoru[2], Azərbaycan Jurnalistlər Birliyinin, Azad Müəllimlər Birliyinin (1993) üzvü.
Arif Məmmədli | |
---|---|
Məmmədov Arif Kamran oğlu | |
Doğum adı | Arif |
Təxəllüsü | Məmmədli |
Doğum tarixi | 1 iyul 1959 (65 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Lətifə |
Uşaqları |
Pərvanə Cəlal Pərvin |
Atası | Kamran |
Anası | Səkinə |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Fəaliyyəti |
jurnalist şair publisist |
Fəaliyyət illəri | 1978 – indi |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət |
poeziya publisistika |
Janrlar |
şeir nəsr |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Arif Məmmədov 1 iyul 1959-cu ildə Laçın rayonunun İmanlar kəndində anadan olub[3]. İbtidai təhsilini doğma kəndində alıb. Sonra təhsilini qonşu kənddə davam etdirərək 1974-cü ildə Şəlvə kənd 8 illik məktəbini tərifnamə ilə bitirib. Elə həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1978-ci ildə təhsilini başa vuraraq təyinatla İmanlar kənd orta məktəbinə müəllim təyin edilib.[4]
1983-cü ildə keçmiş Sovet Ordusuna hərbi xidmətə çağrılıb. 1985-ci ildə ordudan tərxis olunaraq əvvəlki iş yerində yenidən müəllimlik fəaliyyətinə başlayıb. 1987-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 1991-ci ildə isə ali təhsilini tamamlayıb.
1992-ci ildə erməni qəsbkarlarının torpaqlarımızın bir hissəsini işğal etməsi nəticəsində qaçqın düşərək Bakı şəhərində müvəqqəti məskunlaşıb.
1993-cü ildən Azad Müəllimlər Birliyinin (AMB) üzvüdür. Bu gün AMB-nin idarə heyətinin üzvü olaraq ictimai iş aparır. Təhsil sisteminin demokratikləşdirilməsi, təhsil işçilərinin hüquqlarının müdafiəsi istiqamətində aparılan bütün diskussiya, dəyirmi masa, konfrans və debatlarda xüsusi fəallıq göstərir, müxtəlif proqramların və layihələrin həyata keçirilməsində üzərinə düşən vəzifənin öhtəsindən layiqincə gəlir.
Ailəlidir. Bir oğlu, iki qızı və dörd nəvəsi var.
1978–1983-cü illərdə təyinatla İmanlar kənd orta məktəbində müəllim işləyib. 1985-ci ildə ordudan tərxis olunaraq əvvəlki iş yerində yenidən müəllimlik fəaliyyətinə başlamışdır.
1992–1993-cü tədris ilində Nəsimi rayonunundakı 211 saylı orta məktəbdə müəllim, 1993–1994-cü tədris ilində 159 saylı məktəbdə ibtidai siniflər üzrə dərs hissə müdiri işləyib. O vaxtdan həm də məcburi köçkünlərin uşaqları üçün açılmış 10 saylı Laçın rayon orta məktəbində çalışıb, hal-hazırda da həmin məktəbin müəllimidir[4]. Eyni zamanda jurnalistlik fəaliyyəti ilə məşğuldur.
Mətbuatda ilk şeiri 1978-ci ildə dərc olunub[3]. Respublikanın müxtəlif qəzet və və jurnallarında, ədəbi almanaxlarda bədii yazıları, eləcə də publisistik məqalələri vaxtaşırı işıq üzü görür. "Dağlar məni bağışlamaz" (şeirlər) və "Bir şair yol gedir" (publisistik) kitablarının müəllifidir. Onlarla kitaba ön söz yazıb, redaktorluq edib[4].
1998-ci ildən Azərbaycan Tibb Universitetinin orqanı olan "Təbib" qəzetində müxbir işləyir. "Laçın yurdu" adlı ədəbi-bədii, publisistik jurnalın təsisçisi və baş redaktorudur[4].