Rauf Mirqədirov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rauf Mirqədirov
Doğum tarixi 15 iyun 1961(1961-06-15) (62 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist, felyetonçu[d], casus
Partiyası
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2005
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rauf Mirqədirov (15 iyun 1961, Bakı) — Azərbaycan jurnalisti, redaktoru, "Əməkdar jurnalist" (2005), "Demokratik Azərbaycan" qəzetinin keçmiş baş redaktoru, Ermənistana casusluq etməklə ittiham olunan şəxs.

Həyatı

Rauf Mirqədirov 1961-ci il iyunun 15-də Bakıda anadan olub[1].

1987-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət həmin universitetdə baş laborant vəzifəsində çalışıb, sonra "Azərnəşr"də kiçik redaktor, redaktor işləyib[1].

Fəaliyyəti

1991-ci ildə "Zerkalo" qəzetinin müxbiri təyin edilib. 1992-ci ildə həmin qəzetdə daxili informasiya şöbəsinin müdiri, 1992–1995-ci illərdə Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat mərkəzinə rəhbərlik edib[1].

1996-cı ildən "Zerkalo" qəzetində şöbə müdiri işləyib. 1998–1999-cu illərdə "Demokratik Azərbaycan" qəzetinin baş redaktoru olub. 1999–2000-ci illərdə "Bu gün" qəzetinin baş redaktor müavini vəzifəsində çalışıb[1].

2000–2001-ci illərdə "Millət" qəzetinin baş redaktor müavini vəzifəsini tutub. 2001-ci ildən "Zerkalo" qəzetinin siyasi icmalçısıdır. 2010-cu ildən həm də qəzetin Türkiyədə xüsusi müxbiridir[1].

Casusluq

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıb.

Aprelin 21-də Baş Prokurorluğun mətbuat xidməti Rauf Mirqədirovla bağlı yaydığı məlumatda deyilir: Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları onlara verib. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib[2]. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib.

Şəxsi həyatı

Evlidir, 3 övladı var[1].

Mükafatları

Rauf Mirqədirov 2005-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb[1].

2008-ci ildə Norveçin "Söz azadlığı" Fondu ilə Almaniyanın Tsayt-Ştiftunq Fondunun təsis etdiyi "Söz azadlığı" beynəlxalq mükafatını alıb.

İstinadlar

  1. 1 2 3 4 5 6 7 "Rauf Mirqədirovun bioqrafiyası". "Media forum" (az.). mediaforum.az. 2014-04-23 - 14:54:00. 2014-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-22.
  2. "Prokurorluq Rauf Mirqədirovla bağlı təqdimat verib". "Media forum" (az.). mediaforum.az. 2014-07-15 - 12:54:00. İstifadə tarixi: 2014-07-22.[ölü keçid]

Xarici keçidlər