Rauf Mirqədirov (15 iyun 1961, Bakı) — Azərbaycan jurnalisti, redaktoru, "Əməkdar jurnalist" (2005), "Demokratik Azərbaycan" qəzetinin keçmiş baş redaktoru, Ermənistana casusluq etməklə ittiham olunan şəxs.
Rauf Mirqədirov | |
---|---|
Doğum tarixi | 15 iyun 1961 (63 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, felyetonçu[d], casus |
Partiyası | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Rauf Mirqədirov 1961-ci il iyunun 15-də Bakıda anadan olub[1].
1987-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət həmin universitetdə baş laborant vəzifəsində çalışıb, sonra "Azərnəşr"də kiçik redaktor, redaktor işləyib[1].
1991-ci ildə "Zerkalo" qəzetinin müxbiri təyin edilib. 1992-ci ildə həmin qəzetdə daxili informasiya şöbəsinin müdiri, 1992–1995-ci illərdə Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat mərkəzinə rəhbərlik edib[1].
1996-cı ildən "Zerkalo" qəzetində şöbə müdiri işləyib. 1998–1999-cu illərdə "Demokratik Azərbaycan" qəzetinin baş redaktoru olub. 1999–2000-ci illərdə "Bu gün" qəzetinin baş redaktor müavini vəzifəsində çalışıb[1].
2000–2001-ci illərdə "Millət" qəzetinin baş redaktor müavini vəzifəsini tutub. 2001-ci ildən "Zerkalo" qəzetinin siyasi icmalçısıdır. 2010-cu ildən həm də qəzetin Türkiyədə xüsusi müxbiridir[1].
Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıb.
Aprelin 21-də Baş Prokurorluğun mətbuat xidməti Rauf Mirqədirovla bağlı yaydığı məlumatda deyilir: Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları onlara verib. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib[2]. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib.
Evlidir, 3 övladı var[1].
Rauf Mirqədirov 2005-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb[1].
2008-ci ildə Norveçin "Söz azadlığı" Fondu ilə Almaniyanın Tsayt-Ştiftunq Fondunun təsis etdiyi "Söz azadlığı" beynəlxalq mükafatını alıb.