Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
RATİ
Növü Qeyri-kommersiya təşkilatı
Yaranma tarixi 2006
Ləğvolma tarixi 2014 (Azərbaycanda de-yure)
Qurucusu Emin Hüseynov
irfs.org

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (ing. The Institute for Reporters’ Freedom and Safety) və ya qısaca RATİ (ing. IRFS) — Azərbaycanda söz azadlığının təşviqi ilə məşğul olan müstəqil qeyri-kommersiya təşkilatı.[1]

Haqqında

RATİ 2006-cı ildə Beynəlxalq Mətbuat Azadlığı Günündə iki azərbaycanlı jurnalist tərəfindən hökumətin söz və media azadlığını getdikcə daha çox məhdudlaşdırmasına cavab olaraq yaradılıb. RATİ 2007-ci ilin oktyabr ayından Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının, 2012-ci ilin noyabrından isə Qlobal Şəbəkə Təşəbbüsü təşkilatının üzvüdür.[2]

2014-cü ilin avqustunda təşkilatın Azərbaycandakı hüquqi fəaliyyəti dayandırılıb.[1]

Həmçinin bax

İstinadlar

  1. 1 2 RATİ, 2016. səh. 10
  2. "IRFS - Baxış/Missiya/Fəaliyyət planı". İrfs.org. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.

Ədəbiyyat

  1. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu. Rasim Əliyevin Üstü Açılmamış Qətli (PDF). 2016. 29.

Xarici keçidlər

  • irfs.org — Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəsmi saytı