Mehman Hüseynov

Mehman Rafiq oğlu Hüseynov (24 noyabr 1989, Bakı) — foto və video bloqqeri, siyasətçi, "Sancaq" səhifəsinin sahibi.[2]

Mehman Hüseynov
Hüseynov 2022-ci ildə.
Hüseynov 2022-ci ildə.
Doğum tarixi 24 noyabr 1989(1989-11-24) (35 yaş)
Doğum yeri
Atası Rafiq Hüseynov
Anası Firəngiz Hüseynova (ö. 2018)[1]
Təhsili
Fəaliyyəti jurnalist, insan hüquqları fəalı

Mehman Hüseynov 24 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr təhsili alıb.

Həbs edilməsi

[redaktə | mənbəni redaktə et]

Mehman Hüseynov həbs olunmamışdan əvvəl onun başına torba keçirilib polislər tərəfindən qaçırılmışdı. O deyirdi ki, artıq nəfəs ala bilmirdim. 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsində, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin Mehman Hüseynovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham iddiası üzrə məhkəmə prosesi baş tutdu. Hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən proses qısa sürdü və Mehman Hüseynov 2 il müddətində azadlıqdan məhrum edildi.[3]

Yenidən cinayət işi

[redaktə | mənbəni redaktə et]

Mehman Hüseynova dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək ona bədən xəsarəti yetirməsi iddiası ilə yenidən Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıldı.[4]

Həbsdən azad edilməsi

[redaktə | mənbəni redaktə et]

2019-cu ilin yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası mitinq keçirib. Mitinqin keçirilmə məqsədi bloger Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub.

Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "Mehman Hüseynova azadlıq", "Bu vətən bizimdir", "Biz qalib gələcəyik","İlham rədd ol" və başqa şüarlar səsləndiriblər.[5]

  1. Emin və Mehman Hüseynov qardaşlarının anası vəfat edib [Emin Hüseynovla müsahibə] Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine. amerikaninsesi.org]
  2. "Mehman Hüseynov kimdir?" (az.)). www.bbc.com. 2019-01-07. Archived from the original on 2021-09-16. İstifadə tarixi: 07-01-2019.
  3. "Mehman Huseynov Sentenced". Frontline Defenders. Frontline Defenders. 25 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2017.
  4. "Mehman Hüseynov barəsində yeni cinayət işi açılıb" (az.)). rakurs.tv. 2019-01-07. 2019-01-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 07-01-2019.
  5. ""Mehman Hüseynova azadlıq!" mitinqi baş tutdu" (az.)). az24saat.org. 2019-01-19. Archived from the original on 2023-07-28. İstifadə tarixi: 19-01-2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]