Rizvan Məmmədov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rizvan Məmmədov
Rizvan İdris oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dəllər Cırdaxan,Şəmkir
Azərbaycan Azərbaycan SSR
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Gədəbəy, Azərbaycan
Vəfat səbəbi Şəhid
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1984 – 1992
Rütbəsi Kapitan
Döyüşlər Qarabağ müharibəsi

Rizvan Məmmədov (10 yanvar 1966, Dəllər Cırdaxan, Şamxor rayonu10 yanvar 1992, Gədəbəy) — Azərbaycanlı şəhid.

Həyatı

Rizvan İdris oğlu Məmmədov 1966-cı il 10 yanvarda Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olmuşdur.

Hərbi xidməti

1984-cü ildə hərbi xidmətə çağırılmış, Xarkov şəhərində hərbi məktəbə təyinat almışdır. Məktəbi leytenant rütbəsi ilə bitirdikdən sonra bir müddət Dnepropetrovsk şəhərində hərbi hissədə işləmişdir. Azərbaycan Milli Ordusunun yaranması ilə əlaqədar Vətənə qayıtmış, Dəllər batalyonunda döyüşmüşdür. Hərbi bilik və bacarığına, Başkənd uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə kapitan rütbəsinə layiq görülmüşdür. 1992-ci il 15 avqustda Gədəbəyin Şınıx bölgəsində gedən şiddətli döyüşdə qəhrəmancasına həlak olmuşdur.

İstinadlar