Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Dəllər Cırdaxan — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qeyri rəsmi olaraq Cəfər Cabbarlı kəndi kimi tanınır.
Dəllər Cırdaxan | |
---|---|
40°53′52″ şm. e. 46°04′51″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Şəmkir rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3.882 (2014) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5737 |
Digər | |
shamkir-ih.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Dəllər Cırdaxan Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir. Cırdaxan kəndini keçmış Qazax qəzasında eyniadlı kəndlərdən fərqləndirmək məqsədilə yaxınlıqdakı Dəllər kəndinin adından istifadə olunmuşdur. Oykonim "Dəllər kəndi yaxınlığındakı Cırdaxan kəndi" mənasındadır[1].
Dəllər Cırdaxan yaşayış məntəqəsi kimi hələ XVIII əsrin əvvələrindən mövcuddur. Yalnız XX əsrin 30-cu illərində bir neçə yaylaq və qışlaqların birləşməsi nəticəsində kənd kimi formalaşmışdır. Kəndin ərazisində yerləşən və XVIII–XIX əsrlərə aid olan qəbiristanlıq bunun əyani sübutudur. Kəndin əsasını Mayarlı,Qımırlı, Kosalı, Dəlləkli kimi yerli və qədim türk tayfalarının nümayəndələri qurmuşlar. Bu səbəbdən kəndin bəzi əraziləri "Qımırlı", "Hacıməmmədli" ("Hajımədli") və "Mollalı" adı ilə kənd əhalisin arasında tanınır. SSRİ dövründə kənddə Cəfər Cabbarlı adına sovxoz fəaliyyətə başlamışdır. Buna görə də el arasında bu kənd Cəfər Cabbarlı adlanır.
"Dəllər" oykonimin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Oykonim özündə qədim türk tayfalarından olan telelərin adını əks etdirir. Telelər VII–VIII əsrlərdə tokuzoğuz adı ilə də adlanmışlar. Qıpçaqların və xəzərlərin tərkibində Azərbaycana gəlmiş telelər dəlilər/dəllər variantında bir cox coğrafi adlarda öz izlərini saxlamışlar. Gürcüstanda Dəllər, Telavi, Ermənistanda Dalar (Dəlilər) oykonimləri də bu tayfanın adı ilə bağlıdır[1].
"Cırdaxan" — Etnotoponimdir. Qızılbaş(Səfəvi) tayfalarından biri olan cırdaxanlıların adındandır. Toponimin arealı Azərbaycanda Tovuz, Bərdə, Xanlar, Yevlax Şəmkir, Qazax rayonlarını əhatə edir.
Dəllər Cırdaxan oykoniminin mənası Dəllər kəndinin (hal-hazırda qəsəbə) yaxınlığında yerləşən Cırdaxan kəndi deməkdir.
2001-ci ildə aşıq Yəhya bəy Dilqəmin şərəfinə kənddə abidə ucaldılaraq abidənin ətrafında park salınmışdır.2020-ci ildə Şəmkir rayonu Dəllər Cırdaxan bələdiyyəsi tərəfindən kəndin girişində Şəhidlər bulağı inşa olunmuşdur. Kənddə iki məktəb, bir uşaq bağçası, bir həkim məntəqəsi və bir kitabxana vardır. Şagirdlər Şahin Əmirov adına Dəllər Cırdaxan kənd orta məktəbində təhsil alırlar. Bundan başqa kəndin Qaranüy yaşayış massivində yerləşən Tahir Əliyev adına 9 illik orta məktəb kənd əhalisinin xidmətindədir.
Kəndi Şəmkir rayon birinciliyində həvəskar futbol klubu təmsil edir.
Dəllər Cırdaxan kəndi rayon mərkəzi Şəmkir şəhərindən 10 km., Dəllər dəmiryolu stansiyasından 5 km. şimalda, dəniz səviyyəsindən 232 metr yüksəklidə yerləşir.Kür çayının sağ sahilindən 5 km aralı,Gəncə-Qazax düzənliyindədir. Kəndin ərazisində "İstisu" adı ilə tanınan müalicəvi mineral bulaq vardır. Kəndin Kür çayı sahilində olan hissəsində meşə zolağı mövcuddur.
Əsas təsərrüfatı taxılçılıq, heyvandarlıq və əkinçilikdir. Kənd əhalisinin bir qismi Rusiya və digər MDB ölkələrində çalışır.
Kəndin əhalisi 3882 nəfərdir.
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |