Bu məqalə Gədəbəy şəhəri haqqındadır. Gədəbəy rayonu üçün Gədəbəy rayonu səhifəsinə baxın. |
Gədəbəy — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Gədəbəy şəhər inzibati ərazi dairəsində şəhər,[1] Gədəbəy rayonunun inzibati mərkəzi. Bakı ilə arasında məsafə 444 km, əhalisi 10.146 nəfərdir.
Şəhər | |
Gədəbəy | |
---|---|
40°33′56″ şm. e. 45°48′58″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.467 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Gədəbəy Şahdağ silsiləsinin şimal ətəyində, 1460 metr yüksəklikdə, Mis çayının sahilində yerləşir. Yaxınlığındakı Mağara dağının ətəyindən XIX əsrdən mis filizi çıxarılır. Bu səbəbdən də şəhərin müasir gerbində "Cu", yəni "cuprum", mis elementinin latın dilindəki işarəsi yazılıb. Gədəbəy müharibələrdə Qarabağ üçün 5000 ümumi Vətən ücün isə 28000 Şəhid vermişdir.
İlk dəfə 13-cü əsrə aid mənbədə, qədim erməni dilində Qetabak qalası şəklində qeydə alınmışdır. Həmin qalanın xarabalıqları indiki Gədəbəy yaxınlığındadır. Hazırkı yaşayış məntəqəsi 1863-cü ildə Qazaxdan çıxmış ailələr tərəfindən salınmışdır.[2]Ən uca dağı 3000 metrdən hündür Qoca dağdır.
Təbii sərvətləri: Qızıl, mis, uran, gümüş
Təsərrüfatı: kartof, kələm,
Qonşuları: Tovuz, Daşkəsən, Çəmbərək 'Ermənistan' Şəmkir, Qovlar.
Qədim abidələri: Qız Qalası, Koroğlu Qalası, Siemens körpüləri, Qanlı körpü
1989-cu il əhalinin siyahıya alınmasının nəticələrinə görə Gədəbəy şəhərində 5049 nəfər əhali yaşayırdı. 1935-ci ildən 1990-cı ilə qədər şəhər tipli qəsəbə olan Gədəbəyə həmin ildə şəhər statusu verilmişdi.
XIX əsrin ortalarinda Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855–1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. "Simens" şirkəti tərəfindən 1883-cü ildə Qalakənd misəritmə zavodu tikilmiş, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmiş körpülər tarixi abidə kimi qalmaqdadır. 1883-cü ildə Qalakənd kəndində Çar Rusiyasi ərazisində ilk su elektrik stansiyası tikilmiş, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilmişdir. Bu zaman Avtopanın mərkəzi şəhəri London, Paris, Sankt Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilirdi. Həmin dövrdə alman alimləri tərəfindən Gədəbəy rayonu ərazisində arxeoloji qazıntı işləri aparılmışdır. Arxeoloji qazıntının nəticələri Almaniyanin "Folker Şpis" elmi nəşriyyatı tərəfindən "Qalakənd" adlı elmi əsər şəklində Berlində çap edilmişdir. Əsər Berlin Dövlət muzeyində saxlanılır.
Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci ilin avqustun 8-də rayonun iki kəndi Motudərə və Qasımağalı kəndləri, o cümlədən 78 yaşayış evi, 1 məktəb və 2 tibb məntəqəsi yandırılmışdır. Hazırda həmin kəndlərdə məktəb və tibb məntəqəsi, 17 yaşayış evi bərpa olunmuş, digər yaşayış evlərinin bərpası davam etdirilir. 2010-cu il sentyabrın 11-də Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri tərəfindən Gədəbəy rayonunun Zamanlı kəndi ərazisində təxribat törətməyə çalışan Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Manvel Sarıbekyan tutulmuşdur. Daha sonrakı araşdırmalar nəticəsindən məlum olmuşdur ki, Manvel Sarıbekyan Azərbaycan tərəfinə kənd məktəbini partlatmaq üçün keçib.[3]
Bir ehtimala əsasən, "Gədəbəy" adı vaxtilə buralarda yaşayan Gədəbəy adlı şəxsin adından gəlir. Belə ki, orta əsrlərdə bu torpaqların bir hissəsi Atabəy, Şəkərbəy, və Gədəbəy adlı ata və oğulların arasında bölüşdürülüb; Gədəbəy də Atabəyin oğlu olub. Ərazidə indi də Atabəy və Şəkərbəy ilə bağlı kəndlər var (məsələn, rayonun Şəkərbəy kəndi).
Başqa bir ehtimala görə isə, toponim qədim türk dillərindəki "ket", "gedik" (təpə) və "bək" (keşikçi, gözətçi) sözlərindən düzəlib, "müşahidə məntəqəsi", "keşikçi məntəqəsi" mənasındadır.
Gədəbəy şəhəri Kiçik Qafqazın orta və yüksək dağlıq zonasında yerləşir. Burada iyul ayında havanın temperaturu +10 C-dən +20 C-dək, yanvar ayında isə −2 C-dən −10 C-dək dəyişir.[4]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Gədəbəy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |