Rizvan Paşayev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rizvan Paşayev
Rizvan Teymur oğlu Paşayev
Doğum tarixi 25 dekabr 1949(1949-12-25)
Doğum yeri
Vəfat tarixi 22 oktyabr 2007(2007-10-22) (57 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi
Elmi adı

Paşayev Rizvan Teymur oğlu (25 dekabr 1949, Qubadlı rayonu22 oktyabr 2007, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, professor.

Həyatı

Rizvan Paşayev 25 dekabr 1949-cu ildə Qubadlı rayonunun Tatar kəndində anadan olmuşdur. Orta məktəbi Zəngilan rayonunda bitirmiş, 1968–1974-cü illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində oxumuşdur. Təhsilini başa vurduqdan sonra Tətbiqi riyaziyyat və kibernetika fakültəsində işləməyə başlamışdır. Əvvəlcə hesablama maşınları laboratoriyasının müdiri, sonra isə müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır.

1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını almışdır. 1989–2000-ci illərdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı seçilmişdir.

1998-ci ildə Rusiyanın Novosibirsk Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.

R. Paşayevin xidmətləri yüksək qiymətləndirilmişdir. O, dəfələrlə Təhsil Nazirliyinin və BDU-nun Fəxri Fərmanları ilə təltif olunmuş, 2000-ci ildə ölkə Prezidentinin fərmanı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.

2002-ci ildə yeni yaradılmış "İqtisadi informatika" kafedrasına müdir, 2005-ci ildə isə yenidən Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə dekan seçilmişdir.

80-dən çox elmi əsərin müəllifidir, bunlardan 6-sı dərs vəsaitidir. Onun rəhbərliyi ilə 5 nəfər fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi adını almışdır.

Fizika-riyaziyyat elmləri doktoru, professor Rizvan Paşayev 58 yaşında vəfat etmişdir.

Mənbə