Rizvan Paşayev

Paşayev Rizvan Teymur oğlu — fizika-riyaziyyat elmləri doktoru, professor.

Rizvan Paşayev
Rizvan Teymur oğlu Paşayev
Doğum tarixi
Doğum yeri Tatar, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (57 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Rizvan Paşayev 25 dekabr 1949-cu ildə Qubadlı rayonunun Tatar kəndində anadan olmuşdur. Orta məktəbi Zəngilan rayonunda bitirmiş, 1968-1974-cü illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində oxumuşdur. Təhsilini başa vurduqdan sonra Tətbiqi riyaziyyat və kibernetika fakültəsində işləməyə başlamışdır. Əvvəlcə hesablama maşınları laboratoriyasının müdiri, sonra isə müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır.

1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını almışdır. 1989-2000-ci illərdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı seçilmişdir.

1998-ci ildə Rusiyanın Novosibirsk Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.

R.Paşayevin xidmətləri yüksək qiymətləndirilmişdir. O, dəfələrlə Təhsil Nazirliyinin və BDU-nun Fəxri Fərmanları ilə təltif olunmuş, 2000-ci ildə ölkə Prezidentinin fərmanı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.

2002-ci ildə yeni yaradılmış "İqtisadi informatika" kafedrasına müdir, 2005-ci ildə isə yenidən Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə dekan seçilmişdir.

80-dən çox elmi əsərin müəllifidir, bunlardan 6-sı dərs vəsaitidir. Onun rəhbərliyi ilə 5 nəfər fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi adını almışdır.

Fizika-riyaziyyat elmləri doktoru, professor Rizvan Paşayev 58 yaşında vəfat etmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]