Romanov qoyunu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Romanov qoyunu
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Romanov qoyunuRusiyanın yuxarı Volqa bölgəsindən gələn ev qoyunu növüdür. Romanov adını, eyni adı daşıyan qəsəbədən götürmüşdür. Bu qoyunlara ilk dəfə XVIII əsrdə Rusiya xaricində rast gəlindi. Tezliklə Almaniyaya, daha sonra isə Fransaya idxal edildi. 1980-ci ildə Kanada hökuməti tərəfindən 14 qoyun və 4 qoç alındı və 5 il karantində saxlanıldı. Testdən sonra, Romanov cinsinin bir qismi ABŞ-yə gətirildi.

Romanov qoçu

Görünüşü

Ləzgi qoyunları və Romanov quzusu.

Bu qoyunlar, soyuq iqlimə adaptasiya edilmişdir. Romanovlar, Şimali Avropa qısa quyruqlu qoyun irqlərindəndir. Dünyaya gəldiklərində təmiz qara olurlar, ancaq qocaldıqca rəngləri sürətlə boza çalır. Bir erkək Romanovun orta ağırlığı 55–80 kiloqram və bir dişi Romanovun orta ağırlığı 40–50 kiloqramdır.

Törəmə

Romanovlar 3–4 aylıq olanda cinsi olaraq yetkinləşir və ilin hər bir ayında törəməyə başlayırlar. Qoyun dörd, beş və hətta bəzən altı quzu törəyə bilirlər. İngiltərəŞimali Amerikadakı ev qoyunu irqləri genetik olaraq fərqlidir. Çünki Romanov irqi "yarımqan" deyil, "safqan"dır. Ancaq törəmələrini artırmaq üçün adətən daha populyar irqlərlə cütləşirlər.

İstinadlar

Həmçinin bax