Naxçıvan MR-də Mazıx qoyunu daha geniş yayılmışdır. Bir sıra üstün cəhətləri ilə fərqlənən bu qoyun cinsi Ermənistan, Türkiyə və İran ərazilərində də geniş yayılan qoyun cinsi sayılır. Mazıx qoyunu qabayunlu qoyunlar içərisində üstünlük təşkil etməklə 130 l-ə qədər süd verir. Rəngi qızılı və qəhvəyiyə çaldığına görə ona yerli əhali "qızıl qoyun" da deyir. Lakin ağ və qonur rənglərdə də mazıx qoyunları məlumdur. Mazıx qoyunlarının qoçları buynuzlu, qoyunları isə buynuzsuzdur. Bəzi hallarda boğazının altında qoşa mürcümlər olur. Çox yaraşıqlı olan mazıx qoyunlarının yorğa yerişi onun gözəlliyini daha da artırır. Bu cür iri quyruqlu qoyunların quyruğu 15 kq-a qədər olur. Bəzən quyruğu yerlə sürünməsin və zədələnməsin deyə, onun quyruğuna diyircək bağlayırlar. Yunu da nisbətən zərif və toxuculuq üçün keyfiyyətli sayılır. Bu cinsin diri çəkisi 45-60 kq-a qədər olur.
Mazıx qoyunu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|