Abşeron qoyunu — zooloji klassifikasiyasına görə uzun yağlı quyruq qurupa, təsərrüfat klassifikasiyasına görə yağlı quyruq, ətlik-yunluq-südlük, Qafqaz qrupuna mənsub, yarımqaba yunlu məhsuldar qoyun cinslərindən biri. Bu qoyunlar iri gövdəli, tez yetişən, yüksək keyfiyyətli ət, süd, yun verməsi, ekstremal iqlim şəraitinə dözümlü tez törəyib artan, il boyu təbiiotlaqlardan maksimum səmərəli istifadə edən, bu şəraitdəyüksək məhsul vermək imkanına malikdir. Otlaqda və bordaqda intensiv kökəlir.[1]
Abşeron qoyunu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Abşeron heyvandarlıq təcrübə stansiyasınin aparıcı elmi işçisi, kənd-təsərüfatı elmləri namizədi Nəcəf Nəcəfov tərəfindən hazırlanmış materiallar əsasında aborigen cinslərin seleksiyasından özündə əcdadlarının – Qala qoyununun ən yüksək keyfiyyətlərini cəmləşdirmiş yeni yarım-qaba yunlu Abşeron qoyun cinsi yaradılmışdır. Abşeron cinsinin müxtəlif şəraitlərə adaptasiyası geniş olaraq sınaqlardan keçirilmiş, elmi şəkildə tədqiq edilərək onun yüksək rəqabət qabiliyyətliyi təsdiq edilmişdir. Abşeron qoyunu 29 iyun 2007-ci ildə Azərbaycan Damazlıq (Azərdamazlıq) şurasında cins kimi təsdiq edilmişdir. Abşeron qoyununun uzun yarımqaba yuna malik olması Azərbaycanda xalçaçılığın yüksək keyfiyyətli xammalla təmin olunması baxımından çox əhəmiyyətlidir.
Başı orta böyüklükdə, uzun sallaq qulaqlı, əksər qoyunlar və qoçlar buynuzsuzdur. Qoçlarda xırda buynuz ola bilər. Quzular doğulduqda qəhvəyi, kürən, boz və açıq-boz rəngdə olur. 6 aylıqda güzəm tünd rəngdən açıq-boz rəngə dəyişir,baş və ayaqların örtücü tükləri əvvəlki tünd rəngində qalır. 5 aylığında qırxıldıqdan sonra yunu açıq-boz və ya ağ rəngdə olur.
Böyük və orta, iki hissədən ibarət (sağ və sol) olmaqla diz oynağına kimi uzanır (sallanır). Quyruğun forması yığcam və az sallaqdır.
Abşeron şəraitində hər 100 ana qoyundan 105-110 quzu alınır. Bu rəqəm bəzən 110-120-ə çata bilər. Dişi quzuların, erkəklərə nisbətən 8,1% çox doğulması, sürüdə ana qoyunun xüsusi çəkisinin artmasına imkan verir.
Əlverişli yaz otlaq şəraitində hər qoyundan orta hesabla yağlığı 6,4% olan 43-50 litr süd sağılır ki, bundan da 10 kq yüksək keyfiyyətli pendir hazırlamaq olar.
Abşeron qoyununun yun məhsuldarlığı Qafqazda yetişdirilən qaba yunlu qoyunlardan 1,5-2 dəfə, dağ merinosundan isə 50% çoxdur. Abşeron qoyununun təkmilləşdirilməsi nəticəsində yun məhsuldarlığı və keyfiyyəti əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, yun qabadan yarım qabaya, tünd rəngdən açıq boz, ağımtıl rəngə, kobud qabadan və ölü tükdən yarım qaba yuna keçmək istiqamətində aparılan seleksiya damazlıq işin nəticəsi olaraq təsərrüfatda yun istehsalı və hər qoyundan qırxılan orta yun məhsuldarlığı xeyli yüksəlmişdir.
Təsərrüfatlar | Yaş və cinsiyyət qrupu | İllər | |||||
---|---|---|---|---|---|---|---|
2003 | 2004 | 2005 | |||||
çirkli yun | təmiz yun | çirkli yun | təmiz yun | çirkli yun | təmiz yun | ||
GÜZDƏK | Törədici qoçlar | 3,885 | 2,408 | 3,859 | 2,392 | 3,990 | 2,473 |
Ana qoyunlar | 2,773 | 1,719 | 2,832 | 1,755 | 2,771 | 1,718 | |
Şişəklər | 2,858 | 1,771 | 3,020 | 1,881 | 2,923 | 1,812 | |
QOBU | Törədici qoçlar | 3,849 | 2,386 | 3,881 | 2,406 | 3,897 | 2,416 |
Ana qoyunlar | 2,733 | 1,694 | 2,814 | 1,742 | 2,811 | 1,742 | |
Şişəklər | 2,818 | 1,747 | 2,920 | 1,810 | 2,882 | 1,786 |
Yaş qrupları | Kəsimdən qabaq diri çəki (kq) |
Cəmdək çıxarı | Yağ çıxarı | Kəsim çıxarı (%) | ||||
---|---|---|---|---|---|---|---|---|
Kütləsi | Çıxarı | Quyruq yağı | İç yağı | |||||
kq | % | kq | % | kq | % | |||
Ana qoyun | 57,3 | 21,83 | 38,09 | 5,14 | 8,97 | 3,88 | 6,7 | 53,88 |
1,5 yaşında erkəklər | 50,6 | 20,2 | 39,92 | 6,60 | 11,85 | 2,17 | 3,7 | 53,7 |
8-9 aylıq erkəklər | 40,8 | 17,5 | 42,89 | 7,3 | 5,63 | 1,0 | 2,75 | 50,97 |
5-6 aylıq quzular | 35 | 15,5 | 44,28 | 1,9 | 5,42 | 0,9 | 2,57 | 50,28 |
Yaş qrupları | Kəsimdən qabaq diri çəki (kq) |
Cəmdək çıxarı | Yağ çıxarı | Kəsim çıxarı (%) | ||||
---|---|---|---|---|---|---|---|---|
Kütləsi | Çıxarı | Quyruq yağı | İç yağı | |||||
kq | % | kq | % | kq | % | |||
2-3 yaşlı qoçlar | 86,3 | 40,14 | 46,51 | 14,03 | 16,25 | 3,56 | 4,12 | 66,38 |
1,5 yaşlı qoçlar | 75,4 | 34,87 | 45,58 | 13,43 | 17,81 | 2,16 | 5,86 | 66,25 |
1,5 yaşlı şişəklər | 61,5 | 26,9 | 43,73 | 6,90 | 11,21 | 6,43 | 10,45 | 61,45 |
12-15 aylıq erkək toğlu | 70,8 | 35,8 | 50,55 | 9,6 | 13,55 | 2,3 | 3,24 | 67,37 |