Rozmarin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rozmarin
Elmi təsnifat
Beynəlxalq elmi adı

Rozmarin (lat. Rosmarinus) — dalamazkimilər fəsiləsinə aid bitki kladı.

Haqqında

Həmişəyaşıl, çoxillik kol bitkisidir. Vətəni Aralıq dənizinin qərb sahilləridir. Azərbaycanda park və bağlarda dekorativ bitki kimi becərilir. Uzunmüddətli şaxtalarda bitkinin aşağı hissəsi məhv olur. Yarpaqları iynə şəklindədir. Açıq sahələrdə 2 m-ə qədər uzana bilər. Çiçəkləri bənövşəyi rəngdədir. Ətirli çiçəkləri var. Meyvələri fındıqcadır. Yazdan başlayaraq payızın axırlarına kimi çiçəkləyir. Az qulluq tələb edən bitkidir.

Günəş şüaları lazımdır. Temperatura tələbatı isə istisevən bitkilərə aiddir. Temperatur yayda 23-25 °C, qışda 10-13 °C-də (15 °C-dən yuxarı olmamalıdı) saxlanılmalıdır. Yayda eyvana qoymaq lazımdır. Suya orta tələbkardır. Quraqlığa davamlı koldur. Ağır və turş torpaqlarda yetişmir. Torpağa tələbkar deyil, şoran torpaqlarda da yetişir. Toxum, qələm və kolun bölünməsi ilə aparılır. 7,5 sm uzunluqda kəsilən qələmlər stimullaşdırıcıya qoyulur, torf və qum qarışığına əkilir və isti yerdə saxlanılır. Köklənmə 1 ay çəkir.

Növləri

  • Rosmarinus chilensis
  • Rosmarinus eriocalyx
  • Rosmarinus officin

İstinadlar

Həmçinin bax