Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rudar Plevlya FK (mont.ФК Рудар Пљевља) və ya qısaca "Rudar" — Monteneqronun Plevlya şəhərini təmsil edən peşəkar futbol klubu. Monteneqro çempionatında çıxış edir. Klub Şariç qardaşları — Darko və Duşko tərəfindən idarə olunur.
2006-cı ildə Monteneqro çempionatının qurulmasından bu yana bu liqada çıxış edir və 2009-10 mövsümündə ilk dəfə çempion ola bilmişdir. 3 dəfə Monteneqro Kubokunu qazanmaqla bu tituala ən çox sahib çıxan klubdur. Monteneqro Kubokunda bununla yanaşı 1 dəfə finalçı, 2 dəfə yarımfinalçı olmuşdur.
"Rudar" 1920-ci ildə "Breznik" adı ilə qurulmuşdur. 1923-cü ildə adı "Sancak" olmuşdur. Komanda şəhərdə yerləşən 48-ci Piyada Alayı tərəfindən dəstəklənmişdir. İkinci dünya müharibəsindən sonra adı "Yedinstovo" olmuşdur 1947-ci ildə baş məşqçi Velimir Yakiçin şərəfinə yenidən ad dəyişdirilmişdir. Həmin ilk klub Yuqoslaviya Kubokunun 1/4 finalına qədər çatmış, amma "Sarayevo" klubu tərəfindən 2:3 məğlub edilmişdir.[1] 1955-ci ildə klub indiki adını almışdır.
Stadion
"Rudar" ev oyunlarını Qradski stadionunda keçirir. Çoxməqsədli stadion olub həndbol, tennis, basketbol yarışları üçün də istifadə olunur. 1948-ci ildə tikilmişdir və 1985-ci ildə bərpa olunmuşdur.