UEFA Çempionlar Liqası

UEFA Çempionlar Liqası — Avropanın öz ölkə çempionatlarında müvəffəqiyyət qazanan klubların mübarizə apardığı ən məşhur futbol turniridir. Turnirin adı 1992-ci ilə qədər Çempion Klublar Kuboku olmuşdur. 1992–1993-cü il mövsümündən etibarən turnir UEFA Çempionlar Liqası adlanır. Turnirin ilk oyunları 1955-1956-cı il mövsümündə keçirilmişdir. Qaydalara uyğun olaraq pley-off mərhələsini keçən və qrup yarışlarına birbaşa düşən komandalar qruplara bölünür. 1997-ci ildən etibarən klub reytinqləri yüksək olan ölkələrin çempionları ilə yanaşı 2-ci, 3-cü, bəzən isə 4-cü yeri tutmuş komandaları da turnirə birbaşa vəsiqə qazanır və ya pley-off mərhələsində oynamaq hüququ əldə edir. Hər komanda rəqib klub ilə 2 oyun keçirir (evdə və səfərdə). Qrupda müvəffəqiyyət qazanan komandalar öz aralarında 1/8, 1/4 və 1/2 oyunları keçirir (yenə də həm evdə, həm də səfərdə olmaqla 2 oyun). Final oyunu isə 1 dəfə olur (əvvəlcədən müəyyənləşdirilmiş meydançada).

UEFA Çempionlar Liqası
Açılış ili 1955
Komandaların sayı 32 (qrup mərhələsi)
78 və ya 79 (toplam)
Son çempion İspaniya Real Madrid
Ən uğurlu klub İspaniya Real Madrid
(15 dəfə)
TV yayımçıları CBC Sport
İctimai TV
Cari mövsüm

UEFA Çempionlar Liqası Azərbaycanda 2000–2009-cu illər arasında ANS-də yayımlanırdı. 2009-cu ildən 2012-ci ilədək Lider TV-də yayımlandı. 2012–2018-ci illərdə AzTVİdman Azərbaycan kanallarında yayımlandı. 7 avqust 2018-ci ildə CBC Sport, 14 fevral 2023-cü ildən etibarən isə İctimai Televiziya tərəfindən yayımlanır.

UEFA Çempionlar Kuboku XX əsrin ikinci yarısında UEFA tərəfindən Avropada keçirilmiş ən nüfuzlu klub turniri idi. İlk turnir 1955/1956 mövsümündə, sonuncu turnir isə 1991/1992 mövsümündə keçirilmişdir. 1992/1993 mövsümündə turnirin adı və formatı dəyişdirilərək UEFA Çempionlar Liqası ilə əvəz edilmişdir.

Kubok və medallar

[redaktə | mənbəni redaktə et]

Hər il qalib komandaya Avropa Çempionlar kuboku təqdim edilir. Kuboku 3 il ardıcıl və ya ümumilikdə beş dəfə qazanan komanda, kubokun dəqiq kopyasını saxlamaq hüququ əldə edir (orijinal kubok həmişə UEFA-da qalır). Bu vaxta kimi bu hüququ Real Madrid, Ayaks, Bayern Münxen, Milan, Liverpul və Barselona əldə edib. Hazırkı kubok gümüşdən hazırlanmışdır, hündürlüyü 74 sm, kütləsi 11 kq-dır. Bu kubok 1966-ci ildə Bern zərgəri olan Jorq Stadelman tərəfindən hazırlanmışdır. 2012-2013-cü ildən etibarən Çempionlar Liqasının qalibi olmuş komandaya 40 qızıl medal, finalda məğlub olmuş komandaya isə 40 gümüş medal təqdim edilir.

Pul mükafatları

[redaktə | mənbəni redaktə et]

2015-16-ci ildən etibarən UEFA tərəfindən pley-off mərhələsində qalib gələn komandaya 2 milyon, məğlub olan komandaya isə 3 milyon avro mükafat təyin edilmişdir. Qrup mərhələsinə çıxış 12 milyon avro, qrup mərhələsində qazanılmış hər bir qələbəyə görə 1.5 milyon, heç-heçəyə görə isə 500 000 avro pul mükafatı mövcuddur. Bundan əlavə, qrup mərhələsini adlamış komandaya 5.5 milyon, 1/4 finala çıxmış komandaya 6 milyon, yarımfinala çıxmış komandaya 7 milyon, finala çıxmış komandaya 10.5 milyon, qalib olmuş komandaya isə 15 milyon avro pul mükafatı təqdim edilir.

  • Birinci təsnifat mərhələsi: €200,000
  • İkinci təsnifat mərhələsi: €300,000
  • Üçüncü təsnifat mərhələsi: €400,000
  • Pley-offda məğlub olma: €3,000,000
  • Pley-offda qalib olma: €2,000,000
  • Qrup mərhələsinə çıxış: €12,000,000
  • qrup mərhələsində qazanılmış qələbə: €1,500,000
  • qrup mərhələsində əldə edilmiş heç-heçə: €500,000
  • 1/8 final: €5,500,000
  • 1/4 final: €6,000,000
  • 1/2 final: €7,000,000
  • Finalda məğlub olma: €10,500,000
  • Finalda qələbə: €15,000,000
  Qrup yarışlarında öz klubları ilə təmsil olunmuş UEFA üzvü ölkələr
  Qrup yarışlarında heç bir klubu ilə təmsil olunmamış UEFA üzvü ölkələr
  UEFA üzvü olmayan ölkələr

Turnirin statistikası

[redaktə | mənbəni redaktə et]

Ən çox qalib gələn klublar

Klub Qalib Finalçı Qəlib gəldiyi illər 2-ci yer tutduğu illər
Real Madrid 15 3 1956, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000, 2002, 2014, 2016, 2017, 2018, 2022, 2024 1962, 1964, 1981
Milan 7 4 1963, 1969, 1989, 1990, 1994, 2003, 2007 1958, 1993, 1995,2005
Liverpul 6 3 1977, 1978, 1981, 1984, 2005, 2019 1985, 2007,2018, 2022
Bayern Münhen 6 5 1974, 1975, 1976, 2001, 2013, 2020 1982, 1987, 1999, 2010, 2012
Barselona 5 3 1992, 2006, 2009, 2011, 2015 1961, 1986, 1994
Ayaks 4 2 1971, 1972, 1973, 1995 1969, 1996
Inter Milan 3 3 1964, 1965, 2010 1967, 1972, 2023
Mançester Yunayted 3 2 1968, 1999, 2008 2009, 2011
Yuventus 2 7 1985, 1996 1973, 1983, 1997,1998, 2003, 2015, 2017
Benfika 2 5 1961, 1962 1963, 1965, 1968,1988, 1990
Nottingem Forest 2 0 1979, 1980 -
Porto 2 0 1987, 2004 -
Seltik 1 1 1967 1970
Hamburq 1 1 1983 1980
Styaua Buxarest 1 1 1986 1989
Olimpik Marsel 1 1 1993 1991
Dortmund 1 1 1997 2013
Çelsi 2 1 2012,2021 2008
Feyenoord 1 0 1970 -
Aston Villa FK 1 0 1982 -
PSV Eyndhoven 1 0 1988 -
Srvena Zvezda Belqrad 1 0 1991 -
Reyms 0 2 - 1956, 1959
Atletiko Madrid 0 3 - 1974, 2014,2017
Valensia 0 2 - 2000, 2001
Fiorentina 0 1 - 1957
Ayntraxt Frankfurt 0 1 - 1960
Partizan Belqrad 0 1 - 1966
Panatinaykos 0 1 - 1971
Lids Yunayted 0 1 - 1975
Seint Etyen 0 1 - 1976
Borussiya Münhenqlaudbax 0 1 - 1977
Brügge 0 1 - 1978
Malmö FF 0 1 - 1979
Roma 0 1 - 1984
Sampdoriya 0 1 - 1992
Bayer Leverkuzen 0 1 - 2002
AS Monako 0 1 - 2004
Arsenal 0 1 - 2006
Tottenhem 0 1 - 2019
Paris Sen-Jermen 0 1 - 2020

Ən böyük hesablı qələbələr:

Ən çox qol vuran futbolçular:

Qeyd:Statistik göstəricilər 2021-ci ilin aprel ayına qədər qeydə alınan nəticədir

Oyunçu Ölkə Qol sayı Oyun sayı Əmsal İllər Klub
1 Kriştiano Ronaldo Portuqaliya 134 176 0.76 2003- Real Madrid,Mançester Yunayted Yuventus FK
2 Lionel Messi Argentina 120 149 0.81 2005- Barselona
3 Robert Levandovski Polşa 77 96 0.5 2011- Borussia Dortmund FK, Bayern Münhen FK
4 Raul İspaniya 71 142 0.5 1995-2011 Real Madrid, Şalke 04
5 Kərim Benzema Fransa 70 128 0.5 2006- Real Madrid, Lyon FK
6 Ruud van Nistelroy Niderland 56 73 0.77 1998-2009 PSV, Mançester Yunayted, Real Madrid
7 Tyerri Anri Fransa 50 112 0.45 1997-2010 AS Monako, Arsenal, Barselona
8 Alfredo Di Stefano İtaliya 49 58 0.84 1955-1964 Real Madrid
9 Andrey Şevçenko Ukrayna 48 100 0.48 1994-2015 Dinamo Kiyev, Milan, Çelsi
Zlatan İbrahimoviç İsveç 48 120 0.40 2001- PSJ FK, Milan FK, Barselona FK, İnter Milan FK, Yuventus FK, Ayaks FK
Tomas Müller Almaniya 48 124 0.39 2008- Bayern Münhen FK
10 Eysebio Portuqaliya 46 65 0.71 1961-1974 Benfika
Filippo İnziagi İtaliya 46 81 0.57 1997-2012 Yuventus FK, Milan FK
11 Didier Droqba Kotdivuar 44 92 0.48 2003-2015 Olimpik Marsel FK, Çelsi FK, Qalatsaray FK
12 Alessandro Del Piero İtaliya 42 89 0.47 1995-2009 Yuventus FK
13 Neymar Braziliya 41 67 0.61 2013- Barselona FK, PSJ FK
Serxio Aqüero Argentina 41 76 0.54 2008- Atletiko Madrid FK, Mançester Siti FK
14 Ferenc Puşkaş Macarıstan 36 41 0.88 1956-1966 Budapeşt Honevd FK, Real Madrid FK
15 Edinson Kavani Uruqvay 35 65 0.54 2011- Napoli FK, PSJ FK

Ən çox oyun keçirən futbolçular

Oyunçu Ölkə Oyun sayı Qollar Qol əmsalı Avropada debütü Klub
1 Xavi Hernandez İspaniya 150 12 0.08 1998 Barselona
2 İker Kassilyas İspaniya 150 0 0.00 1999 Real Madrid
3 Raul Qonzales İspaniya 142 71 0.50 1995 Real Madrid, Şalke 04
4 Rayan Giqz Uels 141 29 0.20 1993 Mançester Yunayted
5 Klarenz Sedolf Niderland 125 12 0.09 1992 Ayaks, Real Madrid, Milan, İnter Milan
6 Pol Skoulz İngiltərə 124 25 0.20 1994 Mançester Yunayted
7 Roberto Karlos Braziliya 120 17 0.14 1996 İnter Milan, Real Madrid, Fənərbaxça
8 Kristiano Ronaldo Portuqaliya 176 134 0.67 2003 Mançester Yunayted, Real Madrid
9 Karles Puyol İspaniya 115 2 0.17 1999 Barselona
10 Tyerri Anri Fransa 112 51 0.45 1993 As Monako, Barselona, Arsenal

Ən tez qol vuran futbolçu:

1 mövsümdə ən çox qol vuran futbolçu:

1 oyunda 4 qol vuran futbolçular:

Ən sürətli het-trik:

Mayk Nyuell (“Bləkbörn”) – 6 dekabr 1995-ci ildə “Rusenborq”la oyunda 9 dəqiqəyə 3 qol vurub.

Qol vuran ən gənc futbolçu:

Peter Ofirikuaye – 17 yaş 195 günlükdə 1 oktyabr 1997-cü ildə “Rusenborq” – Olimpiakos oyununda fərqlənib.

3 fərqli klubda 4 kubok qazanan futbolçu:

Klarens Zeedorf 1995-ci ildə “Ayaks”da, 1998-ci ildə "Real"da, 2003-cü və 2007-ci illərdə “Milan”da

Kuboku qazanan ən cavan və ən qoca məşqçilər:

Ən gənc məşqçi - Xose Villalonqa 1956-cı ildə, 36 yaş 185 günlüyündə Madrid "Real"ına kubok qazandırıb.

Ən qoca məşqçi – Raymond Qotals 1993-cü ilində, 71 yaş 232 günlüyündə “Marsel”ə kubok qazandırıb.

Uzatma dəqiqələri oynanılan finallar:

  • 53 finalın 14-də uzatma dəqiqələri oynanılıb. Bunlardan 9-da isə oyunsonrası penaltilər seriyasına müraciət olunub.

Ardıcıl iki oyunda het-trik:

  • Luis Ardiano (Şaxtyor Donetsk) 2014/15-ci il mövsümündə BATE Borisov komandasına qarşı.