Monteneqro dili (Venetçə: łéngoa montenegrina) ya da Qaradağ dili[1](Qaradağca: crnogorski jezik) — Qərb yarımqrupuna daxil olan cənubi slavyan dili. Monteneqro dili Monteneqroda (Qaradağda) istifadə olunan serb-xorvat dil sisteminin iyekav-ştokav dialekti bazasında qurulub. Müqayisəli dilçilik nöqteyi-nəzərindən bu dil sisteminin serb, xorvat və bosniya dilləri ilə yanaşı standartlaşdırılmış qarşılıqlı anlaşılan variantlarından biridir.
Monteneqro dili | |
---|---|
Orijinal adı | Crnogorski, Црногорски |
Ölkə | Monteneqro |
Rəsmi status | Monteneqro |
Danışanların ümumi sayı | 229 min |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı |
latın əlifbası (qayevitsa) kiril əlifbası (vukovitsa) |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | cnr |
ISO 639-3 | cnr |
Ethnologue | cnr |
LINGUIST List | 1ew |
IETF | cnr |
Glottolog | mont1282 |
Vikianbarda əlaqəli mediafayllar |
Konstitusiyaya görə 1992-ci ilə qədər Monteneqronın dövlət dili serb-xorvat dili, 2007-ci ilə qədər serb dilinin iyekav forması (serb. српски језик ијекавског изговора), 2007-ci ildən isə monteneqro dilidir.
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |