Rutenium (VIII)oksid

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rutenium (VIII)oksid
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı Rutenium (VIII) oksid
Kimyəvi formulu O₄Ru[1]
Molyar kütlə 165,07 q/mol
Fiziki xassələri
Sıxlıq 3,29 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 25,4; 25,5; 27 °S
Qaynama nöqtəsi parçalanır 100 °S
Təsnifatı
CAS-da qeyd. nöm. 20427-56-9
PubChem
ChemSpider

Rutenium (VIII) oksid – formulu RuO4 olan qeyri-üzvi birləşmədir.

Tarixi

Rutenium (VIII) oksid ilk dəfə Karl Klaus tərəfindən 1860-cı ildə kəşf edilmişdir.

Fiziki xassələri

Rutenum (VIII) oksid sarı-narıncı kristallar əmələ gətirir. Rutenium tetraoksid uçucu birləşmədir və asanlıqla sublimasiya olur. 100 ° C-dən çox qızdırıldıqda, partlayışla parçalanır. Güclü oksidləşdirici maddədir, ozon qoxusu verir, spirt ilə reaksiyaya daxil olduqda partlayış baş verir. Suda orta dərəcədə həll olunur, sulu məhlulları zəif bir turşudur pK1 =11.0.

Alınması

  • Rutenium qızdırıldıqda oksigenlə oksidləşir:


  • Ruteniumun kalium bromat ilə oksidləşməsi nəticəsində:


  • Rutenium(IV) oksidi qızdırılaraq parçalanması nəticəsində:
  • Kalium tetroksarutenatın (VI) xlor ilə oksidləşməsindən:

Kimyəxi xassələri

  • Rutenum (VIII) oksid qızdırıldıqda parçalanır:


  • Güclü oksidləşdiricidi. Xlorid turşusunun durulaşmış məhlulu ilə reaksiyaya daxil olur:


  • Qələvilərlə reaksiyaya daxil olur:

Toksikliyi

Rutenium tetroksid çox zəhərli, uçucu, güclü oksidləşdirici maddədir, buna görə möhürlənmiş ampulalarda saxlanmalıdır.

Mənbə

  1. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
  2. Лидин Р.А. и др. Химические свойства неорганических веществ: Учеб. пособие для вузов. — 3-е изд., испр. — М.: Химия, 2000. — 480 с. .
  3. Неорганическая химия / под ред. Ю.Д. Третьякова. — М.: Академия, 2007. — Т. 3. — 400 с.
  1. Ruthenium tetroxide (ing.).