Söyüdyarpaq dovşanalması

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Söyüdyarpaq dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Söyüdyarpaq dovşanalması (lat. Cotoneaster salicifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.

Təbii yayılması

Çinin qərbində, Avropada təbii halda bitir.

Botaniki təsviri

Hündürlüyü 5 m-əqədər, sallaq budaqlı, həmişəyaşıl koldur. Yarpaqları neştərvari-ellipsvari və ya uzunsov-ellipsvaridir, ucu itidir, uzunluğu 3-8 sm, eni isə 2 sm-dir. Üst səthi tünd yaşıl rəngli, qırışlıdır. 30-100 ədəd ağ rəngli çiçəkləri, diametri 3-5 sm olan qalxanvari çiçək qrupunda yerləşir. Vegetasiyası aprel ayından başlayaraq oktyabr ayına qədər davam edir. May ayında çiçəkləyir, meyvəsi sentyabrda yetişir və şaxtalara qədər kolun üzərində qalır. Meyvələri yumru formalı, alqırmızı rəngli, 0,5 sm uzunluqda olub, 2-3 toxumludur. Qeyd olunan növün sürünən söyüdyarpaq dovşanalması (Cotoneaster salicifolius f.repens) forması da məlumdur. Bu hündürlüyü 70 sm, çətrinin diametri 240 sm olan sürünən koldur.

Ekologiyası

Şaxtaya, quraqlığa davamlıdır.

Azərbaycanda yayılması

Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi

Bağ və parklarda, yaşıllaşdırmada istifadə üçün yararlıdır.

İstinadlar

Həmçinin bax