Səbihə Bəngüdaş

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Səbihə Bəngüdaş
türk. Sabiha Bengütaş
Doğum tarixi 1904
Doğum yeri
Vəfat tarixi 2 oktyabr 1992(1992-10-02)
Vəfat yeri
Fəaliyyəti rəssam, heykəltaraş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səbihə Bəngüdaş (1904, Konstantinopol2 oktyabr 1992, Ankara) — türk rəssamheykəltaraşdır. Türkiyənin ilk heykəltaraş qadındır.

Tərcümeyi-halı

Səbihə Bəngüdaş (qızlıqda Səbihə Ziya) 1904-cü ildə İstanbulda anadan olub. İlk təhsilini Əyyub Sultan Rəşad məktəbini (Əyyub Anadolu Lisesi) bitirmişdir. Atası Ziya bəy Şamdan Türkiyəyə gəlmişdir. Təhsilinin 4 ilini Şamda almışdır. Bundan sonra 1 il Fransada katolik məktəbində təhsilini davam etdirir. İstanbula qayıdan ailəsi Böyükada da məskunlaşır. O burada faud Paşanın məktəbinə daxil olur. 1920-ci ildə liseni bitirmədən Sanayi Nefis Mektebinin (bugünkü Mimar Sinan Güzel Sanatlar Üniversitesi)rəssamlıq bölməsinə daxil olur. Burada 3 oğlan şagird arasında ilk qadın şagird olmuşdur. O Romada Prix məktəbinə daxil olur. O burada prof. Luppinin tələbəsi olur. Daha sonra Taksim meydanında İtaliyalı heykəltaraş Pietro Canonikanın asistanı olur. 1933-cü ildə yenidən Avropaya gedir. Həyat yoldaşı ilə Rusiya və Belçikada yaşayır. 1925-ci ildə Türkiyədə heykəltaraşlıq sərgisinə qatılır və qalib olur. Həyat yoldaşı rəhmətə gedəndən sonra Ankaraya qayıdır və 1992-ci ildə vəfat edir.

Heykəl və büstlərini düzəltdiyi şəxslər

  • İsmət İnönü (Mudanyada)
  • Əbdülhaqq Hamid
  • Əhməd Haşim
  • Namiq İsmayıl
  • Bədiə Müvəhhid
  • Prof. Dr. Aqil Muxtar Özdən
  • Haqqi Şinasi Paşa (İstanbul millət vəkili)
  • Hikmət Bəy (rəssam)
  • Əli Fuad Paşa
  • Mövhübə İnönü
  • Həsən Ali Yücəl
  • Josef Páleníček (çex pianoçu)
  • Aysel Öymən
  • Roy Kohler

Mənbə