Səhənd tıs-tısı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Səhənd tıs-tısı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Səhənd tıs-tısı (lat. Acantholimon sahendicum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.

Təbii yayılması

İran İslam Respublikası Təbriz şəhərinin cənubunda, Səhənd dağında, Şimal-qərbində, Qafqaz, Cənub-Qərbi Asiyada təsvir edilmişdir.

Botaniki təsviri

Yastıqvari formalı, 15-30 sm diametrində olan kolcuqdur. Yastığı boş və kiçikdir. Yarpaqları yaşıl, yastı, üçtilli, xətli-bizvari və kənarları kələ-kötürdür. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 2-7 sünbülcüklüdür. Sünbülcüyü tək çiçəklidir. Kasacığı qıfvari, büküyü ağ və çılpaq damarlıdır. Tacı parlaq çəhrayıdır. İyun (iyul)-avqust (sentyabr) ayında çiçəkləyir, avqust-sentyabrda toxumları yetişir.

Ekologiyası

Kserofitdir. Daşlı-qayalı yamaclarda, dəniz səviyyəsindən 1000-2700 (1500) metr hündürlüklərdə bitir. Bu növə bəzən subalp qurşaqlarda seyrək palıd meşəliklərində də rast gəlinir.

Azərbaycanda yayılması

Şahbuz rayonu Biçənək kəndinin ətraf ərazilərində, Zəngəzurda təbii yayılmışdır.

İstifadəsi

Yastıqvari formasına, bol çiçəkləməsinə və çiçəklərini uzun müddət saxlamasına görə dekorativ bitkilər kimi xüsusi əhəmiyyət kəsb edir.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.