Səhənd tıs-tısı (lat. Acantholimon sahendicum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
Səhənd tıs-tısı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Səhənd tıs-tısı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
İran İslam Respublikası Təbriz şəhərinin cənubunda, Səhənd dağında, Şimal-qərbində, Qafqaz, Cənub-Qərbi Asiyada təsvir edilmişdir.
Yastıqvari formalı, 15-30 sm diametrində olan kolcuqdur. Yastığı boş və kiçikdir. Yarpaqları yaşıl, yastı, üçtilli, xətli-bizvari və kənarları kələ-kötürdür. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 2-7 sünbülcüklüdür. Sünbülcüyü tək çiçəklidir. Kasacığı qıfvari, büküyü ağ və çılpaq damarlıdır. Tacı parlaq çəhrayıdır. İyun (iyul)-avqust (sentyabr) ayında çiçəkləyir, avqust-sentyabrda toxumları yetişir.
Kserofitdir. Daşlı-qayalı yamaclarda, dəniz səviyyəsindən 1000-2700 (1500) metr hündürlüklərdə bitir. Bu növə bəzən subalp qurşaqlarda seyrək palıd meşəliklərində də rast gəlinir.
Şahbuz rayonu Biçənək kəndinin ətraf ərazilərində, Zəngəzurda təbii yayılmışdır.
Yastıqvari formasına, bol çiçəkləməsinə və çiçəklərini uzun müddət saxlamasına görə dekorativ bitkilər kimi xüsusi əhəmiyyət kəsb edir.