Səncər qəzası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Səncər qəzası
Şengal
36°19′21″ şm. e. 41°51′51″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 2.928 km²
Əhalisi
Əhalisi
  • 200.000 nəf.
Xəritəni göstər/gizlə
Səncər qəzası xəritədə
Səncər qəzası
Səncər qəzası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səncər qəzası (ərəb. قضاء سنجار‎) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Səncər şəhəridir.

Ərazisi

2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.928 km² ərazini əhatə edir.[1][2]

İnzibati-ərazi bölgüsü

İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Səncər nahiyyəsi (ərəbcə: ناحية سنجار)[3], Şimal nahiyyəsi (ərəbcə: ناحية الشمال) və Kayrəvən nahiyyəsi (ərəbcə: ناحية القيروان).

Əhalisi

10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Səncər qəzasının əhalisi 271.457 nəfər olmuşdur.[4] Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır.[5] Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Səncər qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 8,74%-ni təşkil edirdi.[4]

Etnik tərkibi

Qəzada əhali əsasən yezidilərdən, qismən ərəblərdəntürkmanlardan, az sayda isə xaldeylərdən ibarətdir.[6] Yezidilər Səncər və Şimal nahiyyələrində əhalinin yarıdan çoxunu təşkil edirlər, Kayrəvən nahiyyəsində isə əhalinin çoxu ərəblərdəntürkmanlardan ibarətdir.[6] Yezidilərərəblər qəzanın hər üç nahiyyəsində, türkmanlar isə yalnız Səncər və Kayrəvən nahiyyələrində məskundurlar.[6] Qəzadakı ən iri türkman yaşayış məntəqələri Meydanqulu (ərəbcə: ميدان قولي)[7], Sibate, Sino və Telali (ərəbcə: تل علي)[8] kəndləridir.[9]

Danışılan dillər

Qəzada yaşayan əhali əsasən kürd dilində, qismən isə ərəbazərbaycan dillərində danışır.

İstinadlar

  1. "الوحدات الإدارية ومساحتها كما في 2009". 2019-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-17.
  2. Iraq population statistics Arxivləşdirilib 2015-04-20 at the Wayback Machine in GeoHive Global Statistics Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine. United States of America, Arizona, Phoenix.
  3. مركز قضاء سنجار
  4. 1 2 "إحصاء نينوى تؤكد أن عدد سكان المحافظة تجاوز الثلاثة ملايين نسمة في نهاية 2009 الماضي". 2015-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-15.
  5. "توزيع الوحدات السكنية والأسر ومجموع سكانها حسب المحافظات لسنة 1997 و 2009". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-15.
  6. 1 2 3 Kurdistan Regional Government Ministry of Extra Regional Affairs Erbil. Report on the Administrative Changes in Kirkuk and the Disputed Regions, December 2007.: Table of Contents—>Nineva Governorate (al-Mosul)—>III. Current Status—>4. The district of Sinjar, pages 42–44
  7. Kəndin coğrafi mövqeyi haqqında ətraflı məlumat üçün bax: Maydan Quli, Iraq Page Arxivləşdirilib 2021-03-02 at the Wayback Machine
  8. Kəndin coğrafi mövqeyi haqqında ətraflı məlumat üçün bax: Tall `Ali, Iraq Page Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  9. İnsan ve Toplum Bilimleri Araştırmaları Dergisi, 2012, Cilt.1, Sayı 3 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine: Irak-Türkman Edebiyatında Yeni Şiirin Tarihine Bir Bakış[ölü keçid], yazar: Sakine Qaybalıyeva