Səncər qəzası (ərəb. قضاء سنجار) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Səncər şəhəridir.
Səncər qəzası | |
---|---|
Şengal | |
36°19′21″ şm. e. 41°51′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.928 km² ərazini əhatə edir.[1][2]
İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Səncər nahiyyəsi (ərəbcə: ناحية سنجار)[3], Şimal nahiyyəsi (ərəbcə: ناحية الشمال) və Kayrəvən nahiyyəsi (ərəbcə: ناحية القيروان).
10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Səncər qəzasının əhalisi 271.457 nəfər olmuşdur.[4] Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır.[5] Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Səncər qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 8,74%-ni təşkil edirdi.[4]
Qəzada əhali əsasən yezidilərdən, qismən ərəblərdən və türkmanlardan, az sayda isə xaldeylərdən ibarətdir.[6] Yezidilər Səncər və Şimal nahiyyələrində əhalinin yarıdan çoxunu təşkil edirlər, Kayrəvən nahiyyəsində isə əhalinin çoxu ərəblərdən və türkmanlardan ibarətdir.[6] Yezidilər və ərəblər qəzanın hər üç nahiyyəsində, türkmanlar isə yalnız Səncər və Kayrəvən nahiyyələrində məskundurlar.[6] Qəzadakı ən iri türkman yaşayış məntəqələri Meydanqulu (ərəbcə: ميدان قولي)[7], Sibate, Sino və Telali (ərəbcə: تل علي)[8] kəndləridir.[9]
Qəzada yaşayan əhali əsasən kürd dilində, qismən isə ərəb və azərbaycan dillərində danışır.