Sərdar Amin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sərdar Amin
Sərdar İmaməddin oğlu Tağıyev
Təxəllüsü Sərdar Amin
Doğum tarixi [1] (36 yaş)
Doğum yeri Quba, Azərbaycan SSR[2]
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti yazıçı
Fəaliyyət illəri 2013-cü ildən
Əsərlərinin dili Azərbaycan dili
Tanınmış əsəri
  • Qaratoyuq nəğməsi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sərdar İmaməddin oğlu Tağıyev və ya Sərdar Amin (4 yanvar 1988, Zərdabi, Quba rayonu) — azərbaycanlı yazıçı.

Həyatı

Sərdar Amin 1988-ci il yanvarın 4-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. Orta məktəbi Qusar rayonunun Aşağı Ləgər kəndində bitirib. Quba Dövlət Sosial-İqtisadi Kollecinin Vergi, vergitutma fakültəsini bitirib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin 2013-cü il məzunudur.[3][4] Ailəlidir. Bir qızı var.

Fəaliyyəti

2013-cü ildən Sərdar Amin imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 100-dən çox publisitik məqalə, hekayə və tərcümə materiallarının müəllifidir.[5]

RTV (ARB TV)-də aparıcı, PR menecer və digər vəzifələrdə işləyib.[6] Ədəbiyyat sahəsində ən uğurlu telelayihələrdən olan "Yeni səhifə" ədəbi verilişinin müəllifi və aparıcısı olub. "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi və redaktor, Kulis.az mədəniyyət portalında redaktor vəzifəsində çalışıb.

2021-ci ildə Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəni Tədbirlərin Təşkili Mərkəzinin jurnalı ona həvalə olunub.[7]

Kitabları

2013-cü ildə "Qaratoyuq nəğməsi" adlı ilk romanı işıq üzü görüb.[8][9]

2015-ci ildə "Şeiraltı" şeirlər kitabı nəşr olunub.[10][11]

2018-ci ildə müəllifin növbəti kitabı - "Su sərgisi" romanı çapdan çıxıb.[12][13][14]

2020-ci ildə "Azərbaycan tarixində atılmış 5 ən yanlış addım" adlı araşdırma kitabı işıq üzü görüb.[15][16][17][18]

2022-ci ildə "Şişirdilən məşhurlar, cırılan maskalar, kölgədə saxlanan şəxsiyyətlər – İfşa" adlı kitabı işıq üzü görüb. Kitabda yazıçının müxtəlif vaxtlarda qələmə aldığı portret yazılar və esselər yer alıb.[19][20]

Mükafatları

Müəllifi olduğu "Rənglər" sosial çarxı "Azərbaycan ailəsi" film festivalının xüsusi mükafatına, "Almafobiya" booktraileri III Booktrailer festivalında III yerə layiq görülüb. "Su sərgisi" romanına görə 2019-cu ildə Ədəbiyyat üzrə "Uğur" mükafatına layiq görülüb.[21][22][23]

2019-cu ildə esse və məqalələrinə görə "Əli bəy Hüseynzadə mükafatı" alıb.[24][25]

İstinadlar

  1. ""Sərdar Aminin ilk romanı işıq üzü görüb"" (az.). www.avanqard.net. 2013-06-21. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  2. """Ədəbiyyat Şəbəkəsi" layihəsi çərçivəsində kitab çap olunub"" (az.). www.youthfoundation.az. 2013-06-11. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  3. ""Sərdar Aminin ilk romanı işıq üzü görüb"" (az.). www.avanqard.net. 2013-06-21. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  4. """Ədəbiyyat Şəbəkəsi" layihəsi çərçivəsində kitab çap olunub"" (az.). www.youthfoundation.az. 2013-06-11. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  5. ""Sərdar Amin"" (az.). www.kulis.az. 2022-01-25. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  6. ""Sərdar Aminin ilk romanı işıq üzü görüb"" (az.). www.milli.az. 2013-06-04. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  7. ""Yazıçı Sərdar Aminə yeni vəzifə verildi"" (az.). www.525.az. 2021-11-15. İstifadə tarixi: 2022-01-25.
  8. ""Sərdar Aminin ilk romanı işıq üzü görüb"" (az.). www.milli.az. 2013-06-04. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  9. ""II Qarabağ müharibəsinə həsr olunan roman"" (az.). www.yarpaq.az. 2013-05-06. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  10. """Şeiraltı" kitabının təqdimatı olub"" (az.). www.azadlig.org. 2015-10-17. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  11. """Su sərgisi" romanının təqdimatı keçiriləcək"" (az.). www.manera.az. 2018-12-15. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  12. ""Sərdar Aminin "Su sərgisi" romanı nəşr olunub"" (az.). www.edebiyyatqazeti.az. 2018-12-07. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  13. ""Sərdar Aminin "Su sərgisi" təqdim edildi"" (az.). www.525.az. 2018-12-17. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  14. """Su sərgisi" romanının təqdimatı keçiriləcək"" (az.). www.manera.az. 2018-12-15. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  15. """Azərbaycan tarixində atılmış 5 ən yanlış addım" kitabının imza günü olacaq"" (az.). www.oxu.az. 2020-09-23. 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  16. """Azərbaycan tarixində atılmış 5 ən yanlış addım" - Yeni kitab"" (az.). www.aqreqator.az. 2020-04-20. 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  17. ""Sərdar Aminin kitabı yenidən nəşr olundu"" (az.). www.525.az. 2021-12-27. 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  18. """Azərbaycan tarixində atılmış 5 ən yanlış addım" kitabı satışda - Video"" (az.). www.kulis.az. 2020-04-29. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  19. ""Sərdar Aminin yeni kitabının təqdimatı keçiriləcək"" (az.). www.qafqazinfo.az. 2022-05-27. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  20. ""Azərbaycanlı yazıçıdan qalmaqallı kitab: İfşa"" (az.). www.kulis.az. 2022-05-27. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  21. ""Bu il mükafat qazanan Azərbaycan yazıçıları - Siyahı"" (az.). www.kulis.az. 2019-05-14. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  22. ""Azərbaycanda bu yazıçılara 2 min manat pul verildi - SİYAHI"" (az.). www.publika.az. 2019-05-01. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  23. ""AYB bir qrup yazıçıya mükafat verib"" (az.). www.apa.az. 2019-05-01. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  24. """Ədəbiyyat qəzeti"nin nəşrlər seriyasının təqdimatı olub"" (az.). www.525.az. 2019-10-16. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  25. """Əli bəy Hüseynzadə" mükafatının sahibləri bilindi - SİYAHI"" (az.). www.moderator.az. 2019-10-14. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.