Sərdar Rəfi Yanehsari

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sərdar Rəfi Yanehsari
Digər adı Məhəmmədbağır xan Lütfəli xan oğlu Yanehsari
Doğum tarixi
Doğum yeri Behşəhr, İran
Vəfat tarixi
Vəfat yeri Tehran, İran
Fəaliyyəti siyasətçi

Sərdar Rəfi Yanehsari (1856-1930) – Astrabadın, Qorqanın valisi.

Həyatı

Məhəmmədbağır xan ibn Lütfəli xan bin Məhəmmədbağır xan bin Mehdi xan bin Məhəmmədtağı xan bin Kərbalayı Məhəmmədqulu xan bin Sadıq sultan Qorqanın, Həzarcəribin maliklərindən, sahibmənsəblərindən idi. Əsliyyəti Firuzkuhdan Həzarcəribə gəlmədirlər.

Məhəmmədbağır xan Sərdar Rəfi Yanehsari kimi tanınırdı. Siyasətçi idi. Orduda xidmət etmişdi. O, Məhəmmədəli şah Qacarın dövründə Qorqanın, ŞahrudunBəstamın hakimi, iki dəfə isə Asrtabadın hakiminin müavini olmuşdu.

Sərdar Rəfi ulu babası Sadıq sultan Ağaməhəmməd şah Qovanlı-Qacarın müasiri idi.

Sərdar Rəfi Yanehsari 1930-cu ildə vəfat edib.

Mənbə

  • Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.


İstinadlar

Həmçinin bax

Xarici keçidlər