Sərdar Rəfi Yanehsari (1856-1930) – Astrabadın, Qorqanın valisi.
Sərdar Rəfi Yanehsari | |
---|---|
Digər adı | Məhəmmədbağır xan Lütfəli xan oğlu Yanehsari |
Doğum tarixi | |
Doğum yeri | Behşəhr, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Fəaliyyəti | siyasətçi |
Məhəmmədbağır xan ibn Lütfəli xan bin Məhəmmədbağır xan bin Mehdi xan bin Məhəmmədtağı xan bin Kərbalayı Məhəmmədqulu xan bin Sadıq sultan Qorqanın, Həzarcəribin maliklərindən, sahibmənsəblərindən idi. Əsliyyəti Firuzkuhdan Həzarcəribə gəlmədirlər.
Məhəmmədbağır xan Sərdar Rəfi Yanehsari kimi tanınırdı. Siyasətçi idi. Orduda xidmət etmişdi. O, Məhəmmədəli şah Qacarın dövründə Qorqanın, Şahrudun və Bəstamın hakimi, iki dəfə isə Asrtabadın hakiminin müavini olmuşdu.
Sərdar Rəfi ulu babası Sadıq sultan Ağaməhəmməd şah Qovanlı-Qacarın müasiri idi.
Sərdar Rəfi Yanehsari 1930-cu ildə vəfat edib.