Sərttüklü ağ akasiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sərttüklü ağ akasiya
Elmi təsnifat
Beynəlxalq elmi adı


Robinia hispida (lat. Robinia hispida) — yalançı akasiya cinsinə aid bitki növü.[1]

Təbii yayılması:

Şimali Amerika, Virciniya, Kentukkidən Gürcüstan və Alabamaya qədər olan ərazilərdə bitir.

Botaniki təsviri:

Hündürlüyü 5 metrə çatan, kürəvari çətirə malik, hər tərəfə çoxlu kök pöhrələri verən koldur. Ləçəklərindən başqa bitkinin bütün hissələri sərt, bir qədər uzun, qırmızımtıl-palıdı rəngdə tükcüklərlə örtülüdür. Budaqları tikansız, sarımtıl-qonur, ikiillik budaqları isə qırmızımtıl-qəhvəyi rəngdədir. Yarpaqları parlaq yaşıl rəngli, təklələkvari, 7-13 yarpaqcıqdan ibarət olub, 15-23 sm uzunluqdadır. Yarpaqcıqları dairəvi-ellips formalı, 2-5 sm uzunluqda, 1,5-3,5 sm enindədir. Qısa saplaqlıdır. Çiçəkləri çox gözəl quruluşlu, çəhrayı və ya qırmızımtıl-çəhrayı rəngdə olub, qoxusuz. 3-9 ədəd olmaqla seyrək, 7-12 sm uzunluqda salxımlara toplanmışdır. Az-az hallarda meyvə verir. Paxlası 5-8 sm uzunluqda olub, vəzili tükcüklərlə örtülüdür. May-iyun aylarından başlayaraq sentyabra kimi çiçəkləyir. Toxumla çoxalır.

Ekologiyası:

Ətraf mühitin əlverişsiz amillərinə davamlıdır.

Azərbaycanda yayılması:

Mədəni halda 1758-ci ildən rast gəlinir. Abşeron, Lənkəran, Gəncə, Bərdə, Zaqatala, Şəki və digər şəhərlərin yaşayış məntəqələrinin yaşıllıqlarında becərilir.

İstifadəsi:

Tək-tək və qrupla əkilmək üçün yararlıdır.

İstinadlar

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov


İstinad

  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
  1. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.