Səthin düzxətli doğuranı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Səthin düzxətli doğuranı — hərəkəti nəticəsində verilmiş səthi əmələ gətirən düz xəttdir. Bu cür səthi xətli səth adlandırırlar.

Məsələn, birörtüklü hiperboloiddə və hiperbolik paraboloiddə səthin iki ailə düzxətli doğuranı yerləşir və səthin hər bir nöqtəsindən iki düzxətli doğuranı keçir.

Bu doğuranların hər biri bir ailəyə aiddir. Konusda, silindrdə, müstəvidə də düzxətli doğuranı var. Səthin düzxətli doğuranı tamamilə həmin səthin üzərində yerləşir.

Ədəbiyyat

1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.

2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.

Həmçinin bax