Saegheh (PUA)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Saegheh
İstismarçılar
Baza modeli Lockheed Martin RQ-170 Sentinel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saegheh-2 (Azərbaycan dili: “İldırım”) Shahed Aviasiya Sənayesi tərəfindən istehsal olunmuş[1] İranın turbofan/pistonla işləyən uçan qanad dizayınına malik olan çoxməqsədli Pilotsuz uçuş aparatıdır.[1] İran tərəfindən ələ keçirilmiş və əks-mühəndislik üsulu ilə Lockheed Martin RQ-170 Sentinel Pilotsuz uçuş aparatının baza modeli əsasında istehsal edilmişdir. Ancaq Lockheed Martin RQ-170 Sentinel Pilotsuz uçuş aparatından daha kiçik və əhəmiyyətli dərəcədə fərqlidir.[2] Bu PUA Shahed 171 Simorgh ilə birlikdə İranın iki uçan qanad dizayınına malik olan PUA-larından biridir.

Saegheh 2016-cı ilin oktyabr ayında ortaya çıxmışdır.[3]

Bir sıra mənbələr Seagheh dronunun silah daşıma qabiliyyətinə şübhə etdiklərini və bu dronun yalnız İSR (kəşfiyyat, nəzarət, hədəf alınma) platforması olduğunu söylədilər.[4][5]

2017-ci ildə 10 ədəd Saegheh dronu istehsal edilmişdi və İran Silahlı Qüvvələri 2025-ci ilə qədər ən azı bu drondan 50 ədəd almağı planlaşdırır.[1]

İlk uçuşunu 2014-cü ilin noyabr həyata keçirmişdir.[6] 2016-cı ilin oktyabr ayından hərbi xidmətə qəbul edilmişdir. Hal-hazırda İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Qüvvələri tərəfindən istifadə edilir. 2019-cu ilə olan məlumata görə 50 ədədi istehsal edilmişdir.[7]

Variantları

Saegheh-2 dronunun yandan görünüşü

Saegheh üçün texniki, ancaq təxminən 6-7 m ətrafında qanad uzunluğunun olduğu güman edilir.

“Saegheh” PUA-ları “Shahed” aviasiya sənayesi şirkəti tərəfindən istehsal olunan və uçan qanad dizayınına malik olan çoxməqsədli pilotsuz uçuş aparatlarıdır. “Saegheh-1” və “Saegheh-2” adlı versiyaları mövcuddur.

Saegheh-1

Saegheh-1 ilk dəfə 2016-cı ildə İrana məxsus olan bir silah sərgisində təqdim edilmişdir.

İran dövlət xəbərləri, “Saegheh-1” dronunun dörd ədəd “Sadid-1” Tank əleyhinə idarəolunan raket daşıya biləcəyini iddia etmişdir. İran hökuməti PUA-nın uçduğunu nümayiş etdirmədi və ya onun mənzilinin nə qədər olduğunu bildirmədi.[8] Saegheh-1-də aydın hədəfləmə/optik sistem yox idi.[9]

Saegheh dronunun ilk modellərində Simorgh/RQ-170 dronlarındakı frontal hava qəbulu (öndən hava qəbulu) olmamışdır.

“Saegheh-1” ilk dəfə 2016-cı ildə İranda keçirilən silah sərgisində təqdim edilib.

İran tərəfindən ələ keçirilən ABŞ-a məxsus “Lockheed Martin” şirkətinin RQ-170 “Sentinel” pilotsuz uçuş aparatının baza modelinin bazasında istehsal edilib. Lakin ölçülərinə görə “Lockheed Martin” aparatından daha kiçikdir. İlk uçuşunu 2014-cü ilin noyabr həyata keçirən PUA 2016-cı ilin oktyabr ayında silahlanmaya qəbul edilib. Bir sıra mənbələr “Seagheh” dronunun silah daşıma qabiliyyətinə şübhə edərək onun yalnız kəşfiyyat, müşahidə və hədəfi izləmə platforması olduğunu iddia edir.

2017-ci ildə artıq 10 ədəd “Saegheh” istehsal edilmişdi. Onlar İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilir. 2019-cu ilə olan məlumata görə, bu PUA-dan artıq 50 ədəd də istehsal edilib və onlar İran Silahlı Qüvvələri tərəfindən əldə edilib.

“Saegheh” üçün texniki cəhətdən, ancaq təxminən 6-7 m ətrafında qanad uzunluğunun olduğu güman edilir. İran dövlət KİV-ləri “Saegheh-1” dronunun dörd ədəd “Sadid-1” tank əleyhinə idarəolunan raket daşıya biləcəyini iddia edir. İran hökuməti PUA-nın uçuşlarını nümayiş etdirməyib. Onun TTX Taktiki-Texniki Xüsusiyyətləri)-sı tam məlum deyil. “Saegheh-1”də optik elektron sistemlər diqqəti cəlb etmir, onların ön hava qəbulediciləri də olmayıb.[10]

Saegheh-2

Tehran şəhərində baş tutmuş olan müdafiə sərgisində nümayiş etdirilən Saegheh-2 modeli[9]


Bu model həm də Shahed 191 olaraq tanınır.[11] Daha sonra nümayiş olunan modellərdə frontal hava qəbulu (öndən hava qəbulu) var. Ehtimal budur ki, yalnız pistonlu mühərrikə sahib olan modellərdə frontal hava qəbuledici yoxdur. PUA, uçuş-enmə zolağında sürətlə hərəkət edən bir vasitəyə (yəqin ki, Toyota hilux yük maşınları) quraşdırılmış xüsusi relslərdən çıxır və geri çəkilə bilən eniş xizəkləri ilə uçuş zolağında bərpa olunur.[12]

Shahed 191 daxilində iki ədəd Sadid-1 raketi daşıyır və geri çəkilə bilən eniş xizəklərinə enir.[12] Shahed 191, 300 km/saat sürətlik kreyser sürətinə, 4,5 saatlıq hava qalma müddətinə, 450 km-lik mənzilə və 50 kq yük götürmək qabiliyyətinə sahibdir.[13] Xidmət tavanı 25.000 futdur.[14]

Fars Xəbər Agentliyi “Saegheh-2” dronunun nin Suriyadakı döyüşlərdə istifadə edildiyini bildirir.[9]

Pər ilə işləyən versiyası

2019-cu ildə keçirilmiş müharibə oyunlarında İran pər ilə təchiz etdiyi Saegheh variantını nümayiş etdirmişdir.[11] Sadid-1 silahlarını gövdə xaricinde daşıyır və sabit eniş xizəklərinin üzərinə enir. Shahed 191 variantındakı kimi havaya qalxır.[11]

Bu model həm də “Shahed 191” olaraq tanınır. Bu modellərdə ön hava qəbuledicisi mövcuddur. PUA uçuş-enmə zolağında sürətlə hərəkət edən bir vasitəyə (yəqin ki, “Toyota Hilux” yük maşınlarına) quraşdırılan xüsusi katapultdan buraxılır, enməsi isə geri çəkilən xizəkləri vasitəsi ilə həyata keçirilir.

“Saegheh-2” daxilində iki ədəd “Sadid-1” raketi daşıyır. PUA 300 km/saat kreyser sürətinə, 4.5 saat havada qalma müddətinə, 450 km-lik uçuş məsafəsinə, 25000 fut uçuş yüksəkliyinə və 50 kq faydalı yük daşımaq qabiliyyətinə malikdir.

“Fars” xəbər agentliyi “Saegheh-2” dronunun Suriyadakı döyüşlərdə istifadə edildiyini bildirir. PUA-ların bir neçəsi İsrail və ABŞ tərəfindən döyüşlərdə məhv edilib, onların tədqiqatını aparan mütəxəssislər İran istehsalı vasitələri yüksək qiymətləndirib. Məsələn, İsrail Hərbi Hava Qüvvələrinin briqada generalı Tomer Bar “Saegheh-2” PUA-sını olduqca inkişaf etmiş və qərb texnologiyasını özündə əks etdirən vasitə kimi təsvir edib.[15]

Əməliyyat tarixi

İsrail baş naziri Benyamin Netanyahu 2018-ci ildə təşkil edilmiş olan Münhen Təhlükəsizlik Konfransında məhv edilmiş olan İran məxsus Saegheh dronunun bir parçasını nümayiş etdirir.

1 oktyabr 2018-ci il tarixində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Qüvvələri, Suriyanın şərqindəki Albu Kamal bölgəsindəki hədəflərə hücum etmək üçün sözdə Saegheh PUA da daxil olmaqla ballistik raketlər və dronlardan istifadə etdi.[16] İran əvvəlcə Saegheh dronunu gövdəsinin altından asılmış dörd ədəd “Sadid-1” raketi ilə təchiz edilmiş vəziyyətdə göstərsə də, bu hadisənin yayılmış videolarında “Saegheh” dronunun daxilindəki 4 bombadan cəmi bir Sadid-1 bombasını buraxdığı görülmüşdür.[17] Müstəqil analitiklər videoya tənqidi yanaşmışdırlar.[18]

İsrail Silahlı Qüvvələri, 2018-ci ilin fevral ayında baş vermiş olan İsrail-Suriya hadisəsi zamanı bir Saegheh dronunu vurmuşdur. The Times of Israel (İsrail zamanı) xəbər verir ki, dronun dizaynı əsasən ələ keçirilmiş RQ-170 əsasında hazırlanmışdır; İsrail Hərbi Hava Qüvvələrinin Briqada generalı Tomer Bar bildirmişdir ki, dron olduqca inkişaf etmiş və qərb texnologiyasını özündə əks etdirmişdir.[19]

İstifadəçilər

İran İran

Xüsusiyyətləri

Ümumi xüsusiyyətləri

  • Ekipaj: yox

Performans

  • Etibarlılığı: müəyyən edilməmişdir

İstinadlar

  1. 1 2 3 4 Taghvaee, Babak. "Shahed 129 Heads Iran's Armed UAV Force". Aviation Week & Space Technology. Jul 27, 2017. October 17, 2018 tarixində arxivləşdirilib.
  2. "Iran builds attack drone similar to captured US model, local media say". The Guardian. 2 October 2016. 2 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2016.
  3. Cenciotti, David. "Iran unveils new UCAV modeled on captured U.S. RQ-170 stealth drone". 2 October 2016. 18 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2019.
  4. "IDF highlights Iranian presence in Syria - Jane's 360". Janes.com. 5 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2018.
  5. Taghvaee, Babak. شاهد ۱۲۹، ستون فقرات نیروی پهپادی ایران (Persian). Valletta, Malta: BBC Persian. 27 June 2017. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2019.
  6. "Pentagon claims Iran's copy of captured US Sentinel drone 'inferior' to original - World news - The Guardian". Theguardian.com. 4 December 2014. Archived from the original on 4 December 2014. İstifadə tarixi: 7 October 2018.
  7. Sputnik. "WATCH: Footage of Iranian Revolutionary Guard's Massive Drone Exercise Released". sputniknews.com. 2019-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-25.
  8. Sharafedin, Bozorgmehr. "Iran showcases new combat drone, copied from U.S. unmanned aircraft". Reuters. 1 October 2016. 27 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2016.
  9. 1 2 3 Jeremy Binnie. "Iran unveils new version of armed stealth UAV - Jane's 360". www.janes.com. London. 2019-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-25.
  10. "Saegheh 1". 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-20.
  11. 1 2 3 Binnie, Jeremy. "The propeller version carries weapons externally and lands on fixed bars, so not as stealthy". 27 March 2019. 25 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2019.
  12. 1 2 Binnie, Jeremy. "The jet-powered one, known to be the Shahed-191, carries weapons in internal bays and lands using retractable skids". 27 March 2019. 18 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2019.
  13. prom1. "Иранский ударный БЛА "Shahed-191"". 10 February 2019. 23 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2019.
  14. Amir. "New video from the defence exhibition, showing extended footage of the 2018 strike against ISIS. Opening/closing of bay, footage of city lights below and landing are shown. At the start service ceiling of the Shahed-191 is listed as 25,000 ft & 300 km/h is the cruise speed". 7 February 2019. 26 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2019.
  15. "Saegheh 2". 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-20.
  16. Iran uses drones and missiles in cross border attack on enemies in Syria Arxivləşdirilib 2022-07-16 at the Wayback Machine, armyrecognition.com/, October 4, 2018.
  17. "For a Second Time, Iran Fires Missiles at IS Targets in Syria". www.washingtoninstitute.org. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-25.
  18. Taghvaee, Babak. "#BREAKING: Another cheap propaganda of #IRGC detected today. #IRGC claims that it has used 7 Saeghe drones to bomb #ISIL in #Syria. But as a matter of fact, Saeghe has No EO/IR/laser targeting system. Also #IRGC has No UCAV control center left in #Syria after #Israel airstrikes!". 1 October 2018. 16 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2019.
  19. Gross, Judah Ari. "Iranian UAV that entered Israeli airspace seems to be American stealth knock-off". The Times of Israel (ingilis). 10 February 2018. 11 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2018.