Benyamin Netanyahu (ivr. בנימין נתניהו; 21 oktyabr 1949[1][2][…], Tel-Əviv[1]) — 1996–1999-cu illərdə və 2009–2021-ci illərdə İsrailin doqquzuncu baş naziri vəzifəsində çalışmış israilli siyasətçi, tarix professoru.
Benyamin Netanyahu | |
---|---|
ivr. בנימין נתניהו | |
| |
18 iyun 1996 – 6 iyul 1999 | |
Əvvəlki | Şimon Peres |
Sonrakı | Ehud Barak |
31 mart 2009 – 13 iyun 2021 | |
Əvvəlki | Ehud Olmert |
Sonrakı | Naftali Bennett |
Knesset üzvü[d] | |
21 noyabr 1988 – 13 iyul 1992 | |
İsrailin xarici işlər naziri[d] | |
6 noyabr 2002 – 28 fevral 2003 | |
Əvvəlki | Aviqdor Liberman |
Sonrakı | Aviqdor Liberman |
İsrailin xarici işlər naziri[d] | |
18 dekabr 2012 – 11 noyabr 2013 | |
Knesset üzvü[d] | |
13 iyul 1992 – 17 iyun 1996 | |
Knesset üzvü[d] | |
17 iyun 1996 – 4 mart 1999 | |
Knesset üzvü[d] | |
4 mart 1999 – 7 iyun 1999 | |
Knesset üzvü[d] | |
7 iyun 1999 – 6 iyul 1999 | |
Knesset üzvü[d] | |
17 fevral 2003 – 17 aprel 2006 | |
Knesset üzvü[d] | |
17 aprel 2006 – 24 fevral 2009 | |
Knesset üzvü[d] | |
24 fevral 2009 – 5 fevral 2013 | |
Knesset üzvü[d] | |
5 fevral 2013 – 9 iyul 2014 | |
Knesset üzvü[d] | |
9 iyul 2014 – 31 mart 2015 | |
Knesset üzvü[d] | |
31 mart 2015 – 30 aprel 2019 | |
Knesset üzvü[d] | |
30 aprel 2019 – 3 oktyabr 2019 | |
Knesset üzvü[d] | |
3 oktyabr 2019 – 16 mart 2020 | |
Knesset üzvü[d] | |
16 mart 2020 – 6 aprel 2021 | |
Knesset üzvü[d] | |
6 aprel 2021 – 15 noyabr 2022 | |
İsrailin dini işlər naziri[d] | |
18 iyun 1996 – 7 avqust 1996 | |
İsrailin dini işlər naziri[d] | |
12 avqust 1997 – 22 avqust 1997 | |
İsrailin dini işlər naziri[d] | |
20 yanvar 1998 – 25 fevral 1998 | |
Knesset üzvü[d] | |
Vəzifədədir | |
15 noyabr 2022-ci ildən | |
Vəzifədədir | |
29 dekabr 2022-ci ildən | |
Əvvəlki | Yair Lapid |
Şəxsi məlumatlar | |
Doğum adı | בנימין נתניהו[4] |
Doğum tarixi | 21 oktyabr 1949[1][2][…] (75 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat, dövlət xadimi, hərbi qulluqçu, siyasi publisist[d], politoloq |
Atası | Benzion Netanyahu |
Uşaqları | 3[3] |
Dini | İudaizm |
Hərbi xidmət | |
Mənsubiyyəti | İsrail |
Qoşun növü | İsrail Silahlı Qüvvələri |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | İsrailin dövlət quruluşu |
|
|
Təltifləri | |
netanyahu.org.il | |
Vikianbarda əlaqəli mediafayllar |
Benyamin Netanyahu Zeev Jabotinskinin şəxsi katibi olan Benzion Netanyahu (Malikovskinin) və Tsiliya Netanyahu (Legal) Litva köçkünləri ailəsində doğulub. Benyamin ailənin ikinci oğludur. Onun boyük qardaşı Yonatan (Yoni) Netanyahu İsrailin Milli Qəhrəmanıdır. Entebbe əməliyyatı zamanı yəhudilərin girovdan azad edilməsi zamanı öldürülüb. Kiçik qardaşı olan İdo Netanyahu isə həkim-radioloq və yazıçıdır.
1950–1960-cı illərdə onun ailəsi alternativ olaraq həm İsraildə, həm də ABŞ-də yaşayıblar. 1967-ci ildə ABŞ-də orta məktəbi bitirdikdən sonra Benyamin həqiqi hərbi qulluğunu keçmək üçün İsrailə qayıdır. Xidmətini Qərargah nəznində yerləşən Sayeret Matkal diversiya-keşfiyyat elit hərbi birliyində keçir. O bir sıra düşmən ərazilərində gizli hərbi əməliyyatlarda iştirak edir. Həmçinin 9 may 1972-ci ildə Sabena aviaşirkətinə məxsus olan təyyarənin Fələstin terrorçularindan azad edilməsi əməliyyatı zamanı 2 dəfə yaralanıb. 1972-ci ildə Kapitan rütbəsində hərbi xidmətini başa vurduqdan sonra o, ABŞ-yə ali təhsil almaq üçün geri qayıtmalı olur.
1975-ci ildə Massaçusets Texnologiya İnstitutunda memarlıq üzrə bakalavr dərəcəsi alır. 1977-ci ildə Sloan School of Managementə magitsr-menecment dərəcəsi alır və daha sonra Harvard Universitetində siyasətşünaslıq elmi dərəcəsi almışdır. Tələbəlik illərində Benyamin Boston Consultingdə işləmişdir. 1973-cü ildə Yom Kippur Müharibəsi zamanı Binyamin təhsilini yarımçıq saxlayıb İsrailə qayıdır. Burda o bir müddət mebel şirkətində marketinq üzrə top-menecer vəzifəsində çalışır. Bununla paralel olaraq J.Netanyahu adına bir anti terror İnstitutu yaradır və beynalxalq konfranslar təşkil edir. O aralarda bir sıra tanınmış İsrail siyasətçiləri ilə tanış olur. Onlar arasında İsrailin ABŞ-də səfiri olan Moşe Arens də var idi. Benyamin 1982-ci ildə onun müavini vəzifəsində bir yerdə çalışmışdılar.
Benyamin Netanyahunun məqalələri "Nyu-York Tayms", "Vaşinqton Post", "Los-Anceles Tayms", "Le Monde", həftəlik nəşr olunan "Time" və başqa qəzetlərdə dərc olunmuşdur. Siyasi mövzularda bir neçə kitabın müəllifidir. Terror üzrə Beynəlxalq İnstitutunun (Jonathan İnstitutu) banisi, ABŞ-də İsrail baş konsulu (1982–1984), Birləşmiş Millətlər Təşkilatının (1984–1988) səfiri, xarici İşlər nazirinin müavini (1988–1990), Baş Nazirin Aparatında nazir müavini (1990–1992), və " Likud " partiyasının sədri (1993) olmuşdur. Benyamin Netanyahu üç dəfə evli olmuşdur. İlk həyat yoldaşı Miriam Veyzmannı (hal-hazırda Qalen) Bostonda (ABŞ) işləyərkən görüb və o nikahdan bir qızı Noa dünyaya gəlib. 1982-ci ildə ikinci dəfə Fleyer Keyslə evlənib. Hətta nikaha görə Keys iudaizmi qəbul etməyə məcbur olub. Baxmayaraq ki, atası yəhudi olub. 1991-ci ildə Benyamin üçüncü dəfə məşhur İsrail müəlliminin qızı Sara Ben Artzi ilə evlənir. Bu nikahdan Bibinin iki oğlu dünyaya gəlir: Yair və Avner.