Sanada Yukimura

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sanada Yukimura
yap. 真田 信繁
Doğum tarixi 1567
Doğum yeri
Vəfat tarixi 3 iyun 1615(1615-06-03)
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sanada Yukimura (真田 幸村?, 1567, Yaponiya3 iyun 1615, Yasui Şrine[d], Osaka) və ya Sanada Nobuşiqe (真田 信繁?)Senqoku dövründə yaşamış Yaponiya samurayı.[1]

Həyatı

O, Ueda[a] hakimi Sanada Masayukinin ikinci oğlu olmuşdur.[2] 1585-ci ildə atasının Tokuqava İeyasu ilə münaqişəsindən sonra o, Eçiqo daymyosu Uesuqi Kaqekatsu ilə müttəfiq olmuş, ondan torpaq almışdır.[1] Lakin 1587-ci ildə sədaqətini dəyişdirərək Toyotomi Hideyoşinin tərəfinə keçmiş, onun üçün 1590-cı ildə Odavara hərəkatına qatılmış, 1592-ci ildə Koreyanın işğalı hərəkatı zamanı Kyuşu qərargahında xidmət göstərmişdir.[1]

1600-cü ildə baş verən Sekiqahara döyüşünə gətirib çıxaran böyük konflik zamanı əvvəlcə İeyasunun Uesuqi Kaqekatsuya qarşı olan ekspedisiyasına qoşulmuş, lakin daha sonra İşida Mitsunarinin Qərb ordusuna keçmişdir.[1] Qardaşı Nobuyuki Sanada ailəsinin mənafeyini hər vəziyyətdə qorumaq üçün Tokuqavanın tərəfində qalmışdır.[1] Masayuki və Yukimuranın Şinanoda başlatdıqları döyüş İeyasunun oğlu olan Tokuqava Hidetadanın döyüşdə iştirakını gecikdirmişdir.[1] Tokuqava döyüşdə qalib gəlmiş, lakin Yukimuranın həyatını bağışlayaraq Koya dağında yaşamasına icazə vermişdir.[1]

1614-cü ildə Toyotomi Hideyorinin xahişi ilə Osakaya gəlmiş və müdafiə qurğusu tikdirmişdir.[2] 1614–1615-ci illərdə baş verən Osaka hərəkatında iştirak etməyə çağırılmış, Sumiyoşidə Tokuqava ordusuna qarşı döyüşmüşdür.[2] 3 iyun 1615-ci ildə məbəddə dincələrkən Nişio Kyusaku tərəfindən öldürülmüşdür.[1][2]

Qeydlər

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 9. ISBN 0-87011-627-4. İstifadə tarixi: 19 dekabr 2022.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1307. İstifadə tarixi: 19 dekabr 2022.