Saylı Sarıcalı yaşayış yeri

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Saylı Sarıcalı yaşayış yeri

Saylı Sarıcalı — yaşayış yeri Ağcabədi rayonu Sarıcalı kəndindən 1,6 km şimal-şərqdə 1 saylı Quzanlı qaçqın qəsəbəsinə gedən yolun üzərində yerləşir. Diametri 100 m, hündürlüyü 1 m-ə yaxın olan təpənin mərkəzi hissəsindən yol keçir. Abidənin səthi və ətrafları dağılsa da arxeoloji qazıntılar aparmaq üçün hələ də salamat hissələr qalmaqdadır. Yaşayış yeri Leylatəpə mədəniyyətinə aiddir.[1]

İstinadlar

  1. Xaqani İmran oglu Almammadov. Qarabağın arxeoloji abidələri toplusu. I kitab. Bakı: Çap Art nəşriyyat evi, 2016